Bu gün “Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Mərasimdə müxtəlif təşkilatların, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
«Hədəf»in təsisçiləri adından danışan Əsgər İbrahimov bildirib ki, indi inkişaf edən, regionda lider dövlətə çevrilən və dünyada xüsusi hörmətlə yanaşılan Azərbaycanda yeni Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətə başlaması mühüm hadisədir. Bu, Azərbaycanda mətbuatın yaranmasının 135-ci ildönümünə təsadüf edib.
O, mətbuat işçilərini əlamətdar bayram- Mətbuat günü münasibətilə təbrik edib və deyib ki, “Hədəf”in yaranma ideyası sırf ölkədə mətbuata, söz azadlığına, sərbəst fəaliyyətə yaradılan gözəl şəraitdən qaynaqlanıb. O, əmin olduğunu bildirib ki, agentlik ümumi dəyər və prinsiplərə sadiq qalacaq və informasiya məkanında özünəməxsus yeri tutacaq.
Sonra “Hədəf”in iş fəaliyyəti ilə bağlı hazırlanan video-çarx göstərilib və Cahid İsmayıloğlu agentliyin internet saytı barədə ətraflı məlumat verib.
“Hədəf” İnformasiya Agentliyinin direktoru Vüsalə Kərimova qonaqları salamlayıb, iki aydır fəaliyyət föstərən yeni mətbuat orqanının hazırladığı xəbərlərin dünyanın 30-a yaxın ölkəsində oxunduğunu bildirib. O, iştirakçıları Milli Mətbuat günü münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, agentlik dövlətimiz, millətimiz, mətbuatımız üçün uğurlu olacaq. Həmkarlarla səmərəli əməkdaşlıq nəticəsində ölkəmizdə gedən dinamik inkişafla bağlı xəbərlər bundan sonra da yerli və xarici ölkə oxucularına doğru, düzgün çatdırılacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək KİV-lərin sırasına qoşulan “Hədəf”in əməkdaşlarını təbrik edib, ölkədə son illər mətbuata göstərilən diqqət və qayğıdan danışıb. O, Milli Mətbuatın yaranma tarixindən söz açıb və deyib ki, ötən 135 ildə Azərbaycan mətbuatı yüksək zirvəyə doğru irəliləyib. Azərbaycan xalqına Həsən bəy Zərdabinin tarixi xidməti unudulmazdır. Ə.Amaşov qeydiyyatdan keçən KİV-lərin fəaliyyətinə, mətbuatın problemlərinə də toxunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri