Previous Next
Bağla

Həkimlərlə xəstələr arasında əlaqə yaradan veb sayt yaradılır

13-11-2015 17:19
Həkimlərlə xəstələr arasında əlaqə yaradan veb sayt yaradılır

Məlumat verdiyimiz kimi,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsində qalib layihələrdən biri də MedNot-dur. 

Bu layihə özündə həkim - xəstə - aptek münasibətlərini ehtiva edən, xəstəliklərin, xəstələrin, yazılan və alınan dərmanların statistikasını müxtəlif rakurslardan ( mövsüm,region, yaş qrupu, cins və s.) toplayan və bunu maraqlı tərəflərə ( əhali, həkimlər, apteklər, dərman şirkətləri, klinikalar, Səhiyyə Nazirliyi) açıqlaya bilən onlayn şəbəkədir.

Xeberler.az-ın məlumatına görə, MedNot layihəsi tərəfindən  dünən "Sığorta şirkətləri üçün perspektivlər” mövzusunda tədbir keçirilib.

Layihənin ideya müəllifi İlqar Tağıyev MedNot layihəsinin məqsədi, tətbiq istiqamətləri, sığortaçılar üçün əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
 
O bildirib ki, MedNot həkimlərlə xəstələr, o cümlədən apteklərlə dərman şirkətləri arasında əlaqə yaradan veb saytdır.

Müəllifin sözlərinə görə, saytdan qeydiyyatdan keçdikdən sonra əldə olunan kod vasitəsilə mobil telefon və ya kompüter vasitəsilə həkim və ya pasient, həmçinin dərmanlar haqda operativ məlumatlar əldə etmək olacaq. Bundan başqa, sayt vasitəsilə dərman sifarişini sms və ya onlayn şəkildə həyata keçirmək mümkünləşəcək. 

İlqar Tağıyev onu da qeyd edib ki, layihənin sığortaçılar üçün də əhəmiyyəti var. Belə ki, saytdakı məlumatları İcbari Tibbi Sığorta, o cümlədən digər sığorta şirkətləri üçün informasiya bazası kimi istifadə etmək mümkündür.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startapımız Dubayda İnkubasiya Mərkəzinə qəbul olunub

25-05-2016

Heç yere getmədən dərman almaq mümkün olacaq

26-12-2014

Dərman tapmağa kömək edən MedNot

22-10-2015

Vətəndaşların sığortanı asanlıqla onlayn almaları üçün daha bir addım

02-02-2023

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025

Sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib

21-04-2025

İcbari sığortanı onlayn sifariş edin

21-07-2015

Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSS) rəsmi veb-saytını (www.iic.az) yeni tərtibatda istifadəyə verib

24-12-2008

Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Naxçıvanda “Elektron resept” layihəsinin təqdimatı olub

07-03-2024

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradıldı  

24-05-2022

Dərmanların qiyməti apteklərə SMS-lə göndəriləcək

07-08-2015

İcbari sığorta haqlarını ödəmək asanlaşdı

08-01-2018

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

20-06-2023

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Azərbaycanda sığorta haqqında ilk analitik portal fəaliyyətə başlayıb

07-11-2008

Azərbaycanda onlayn sığorta platforması istifadəyə verildi

03-06-2019

Qrant alan startaplar -Kim harada, nə edir?

16-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə