Dərman tapmağa kömək edən MedNot

22-10-2015 / 16:51

Məlumat verdiyimiz kimi, bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi.

İclasda 1-ci qrant müsabiqəsinin yekununa dair müzakirələr oldu. Belə ki, Fond qrant müsabiqəsində qalib gələn layihələr barədə əraflı məlumatları ictimaiyyətə açıq elan etdi.

Xeberler.az olaraq 1-ci qrant müsabiqəsində qalib gələn layihələrlə bağlı daha ətraflı məlumatları paylaşırıq.

Məlum olduğu kimi, Fond tərəfindən 1-ci qrant müsabiqəsinin qalib gələn layihələrinin hər birinə 20 min AZN-ə qədər vəsait ayrılmışdı. 

Maraqlıdır ki, layihələr bu vəsaitdən necə istifadə etdilər? Onlar öz layihələrini inkişaf etdirə bildilərmi, yeni investorlar tapa bildilərmi və hazırda layihələrinin əhatə dairəsi və inkişaf mexanizmi necədir? Layihələr gəlir əldə edə bilirlərmi?

Ötən yazımızda müsabiqənin qaliblərindən olan Hipassanger , Socset  haqqında məlumat vermişik.

Bu dəfəki yazımızda  1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən olan MedNot  layihəsini araşdırmaq qərarına gəldik.

Bu layihə özündə həkim - xəstə - aptek münasibətlərini ehtiva edən, xəstəliklərin, xəstələrin, yazılan və alınan dərmanların statistikasını müxtəlif rakurslardan ( mövsüm,region, yaş qrupu, cins və s.) toplayan və bunu maraqlı tərəflərə ( əhali, həkimlər, apteklər, dərman şirkətləri, klinikalar, Səhiyyə Nazirliyi) açıqlaya bilən onlayn şəbəkədir.

Fonddan ayrılan vəsait: 20.000 AZN

Layihə rəhbəri: İlqar Tağıyev

İlqar Tağıyev layihənin hazırki fəaliyyət ilə bağlı Xeberler.az-a məlumat verib.

Layihə rəhbəri deyib ki, layihənin əsas hissəsi bitib, hazırda  bəzi yeni funksiyalar üzərində çalışırlar:

“ Paralel olaraq dövlət orqanları və sığorta şirkətləri ilə danışıqlar aparırıq”.

İlqar Tağıyev bugünə qədər layihədən heç bir gəlir əldə etməkdilərini bildirib:

“Hazırda qlobal bazara çıxa bilməmişik. Amma bir sıra beynəxalq tədbir və yarışmalarda iştirak etmişik. 2014-cü ilin noyabr ayında Dublində (İrlandiya) keçirilən dünyanın ən böyük  startap tədbirində uğurla çıxış etdik. 2015-ci ilin fevral ayında Dubayda (BƏƏ) keçirilən İnnovation Arabia 8.0  tədbirində geniş təqdimat keçirdik  və böyük marağa səbəb oldu.  Hazırda bu istiqamətdə xarici şirkətlərlə əməkdaşlıq üçün ilkin danışıqlar davam edir.  Bundan əlavə, 2015-ci ilin may ayında İrvində (Kaliforniya, ABŞ) keçirilən İnnovation Coast  innovasiya tədbirində finala çıxmışıq”.

Layihə rəhbəri deyib ki, komanda  3 nəfərdən ibarətdir.

İlqar Tağıyev Fondun ayırdığı məbləqlə layihənin bugünə qədər təxminən 50 faizini həyata keçirdiklərini deyib.

Layihə rəhbəri investora ehtiyacları olmadıqlarını deyib. Onun sözlərinə görə,  indiki məhələdə  investora ehtiyac duyulmur  və layihənin inkişafını öz imkanları hesabına həll etməyə çalışırlar.

Yaxın vaxtlarda layihənin mobil tətbiqlərinin də istifadəyə   veriləcəyini  vurğulayan İlqar Tağıyev,layihədə görülən işlərlə bağlı hesabat da təqdim etdiklərini  bildirib.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə