Previous Next
Bağla

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020 11:02
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Xeberler.az bildirir ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında yaradılan Vergi, Əmlak və Antiinhisarla bağlı Dövlət Xidmətlərinin Əsasnamələri təsdiq edilib.

Bununlada İqtisadiyyat Nazirliyi ölkədə geniş səlahiyyətlərə və hüquqlara sahib olan ən böyük Nazirliyə çevrilmiş oldu.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Diqqətimi cəlb edən daha çox Antiinhisar Dövlət Xidməti və onun Əsasnaməsi oldu. Düz 2 il olardı ki, 2018-ci ilin aprelində Prezidentin Sərəncamı ilə bu Xidmətin əsasında yaradılmalı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin formalaşmasına imkan verilmirdi. İki ildən çoxdur ki, bu yeni yaradılmalı olan qurum ortada yox idi. Nə rəhbəri təyin edildi, nə strukturu təsdiqləndi, nə də Əsasnaməsi hazırlandı. Kimlərsə dirəşib, Prezidentin həmin adı çəkilən Sərəncamının icrasına imkan vermədilər.

Kimlər?

Düşünürəm ki, sualın cavabını e-tender portalında tapmaq olar. Elə bir şirkət var ki, yarım ildə 166 dəfə tenderdə qalib olub və dövlətdən 48 milyonluq şifariş alıb.
Ümumiyyətlə, müşahidələr göstərir ki, adında, mahiyyətində rəqabət, antiinhisar kimi sözləri olan güclü dövlət təsisatlarının yaradılması və qanunvericilik aktlarının qəbuluna hər zaman maneələr olub. Maraqlı tərəflər 15 il Rəqabət Məcəlləsinə, 2 il də Antiinhisar Dövlət Agentliyin yaranmasına imkan verməyiblər.

Monitorinqlər göstərir ki, dövlət sektorunda tender və satınalmalarla bağlı informasiya açıqlığı, şəffaflıq hər zaman ən zəif bənd olub.

Artıq adı olub özü olmayan Dövlət Agentliyi arxada qaldı və Antinhisar qurumu yenidən Dövlət Xidmətinə çevrilib. Görəsən qurum rəqabətli mühit formalaşdıra biləcəkmi, haqsız rəqabətin qarşısını alacaqmı, satınalmalarda qayda-qanun yarada biləcəkmi, rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qoruya biləcəkmi? Bu sahədəki problemlərin çox az bir hissəsi ilə bağlı ötən il yazmışdım.

Əsasnaməsinə görə bu Dövlət Xidməti hədsiz geniş səlahiyyətlərə malikdir. İndiki zamanda, düşünürəm ki, məhz bu dövlət qurumu ən strateji dövlət qurumu elan edilməlidir. Bu sahədə görüləcək işlər hədsiz çoxdur.

Fikrimcə, nəhəng təbii inhisar subyektləri rəhbərlərinin, inhisarçıların, xidmət sektoru rəhbərlərinin ən çox ehtiyat etdiyi qurum məhz Antiinhisar olmalıdır.
200 əməkdaşı olan bu qurum indiyədək çox zəif fəaliyyət göstərib. Özəl sektorun bu qurumla bağlı ciddi narazılıqları var.

Ötən il yalnız bir -iki ciddi qərarlarını ( "Bakcell 099" və "NRYTN -haqsiz rəqabət" işləri) müşahidə etmişik .

e-tender portalına nəzər salanda belə təsəvvür formalaşır ki, Antiinhisar qurumu sanki dövlət nəzarətini deyil, sadəcə baş tutmuş satınalmaların primitiv formada siyahısını tutmaqla məşğuldur.

Yeri gəlmişkən, bu portalın özünün də ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli ola biləcək imkanlarını, bilmirəm qəsdənmi, ya nədənsə məhdudlaşdırıblar. Digər ölkələrin oxşar resursları ilə müqayisədə bu baxımdan çox "kasıb" görsənir.

Düşünürəm ki "dişli", prinsipial birisini Antiinhisara rəhbər təyin etmək çox faydalı olardı.

Hansı ki, o bir xeyli təbii və süni inhisarçılarla "vuruşmalı " olacaq. Əgər Əsasnaməsində qeyd olunanların azacıq bir hissəsini qurum reallaşdıra bilsə əminəm ki, DTX maskalılarının yerli və mərkəzi icra orqanlarına "gözlənilməz səfərləri" xeyli azalmış olacaq. Xatırlayıram ki Prezident nazir Mikayıl Cabbarovu qəbul edəndə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirmişdi. Artıq müvafiq qurum var və Əsasnaməsi də təsdiqlənib.

Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə xeyli güclənib, bir sıra dövlət qurumlarında satınalmalarda ciddi problemlərin olduğu üzə çıxır. Sahə üzrə məsul qurum olan Antiinhisar Dövlət Xidmətinin də bunun fərqində olduğunu düşünürəm. Ölkə başçısının yetərincə dəstəyini qazanan, geniş səlahiyyətlərə malik olan İqtisadiyyat Nazirliyinin bu sahədə ciddi dönüş yarada biləcəyinə ümid edirəm. Yeri gəlmişkən, koronavirus pandemiyası ilə əlaqəli xüsusi rejim şəraitində dövlətin dəstək proqramının reallaşmasında bu Nazirliyin, digərlərinə nisbətən daha effektiv fəaliyyəti də diqqət çəkən məqam olub.

Ümid edirəm qarşıdakı dövrdə biz antiinhisar sahəsində ciddi dəyişikliklərin şahidi olacağıq".

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

24-05-2021

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

Dövlət şirkətlərinin korporativ idarəetmə sisteminə keçidinin faydası olacaqmı?

08-08-2020

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə