HP “Machine” kompüterinin prototipini təqdim edəcək

05-06-2015 / 12:27

“Hewlett-Packard” (HP) şirkətinin nümayəndələri “HP Discover” konfransında “Machine” layihəsi çərçivəsində yeni hesablama sisteminin yaradılması üzrə aparılan işlər haqqında məlumat verib.

Xəbərlər-in məlumatına əsasən, “HP” müasir kompüterlər üçün xarakterik olan yaddaşın çoxsəviyyəli arxitekturasından imtina etməyi təklif edir. Yeni növ yığıcılar əməli yaddaş qurğusu funksiyasını yerinə yetirəcək. Bu yaddaşın əsasında rezistor, kondensator və induktivlik makarasından sonra mikrosxemlərin 4-cü passiv elementi olan memristorlar dayanacaq. Yeni arxitekturaya keçid məlumatların məhsuldarlığının eyni zamanda baş verən çoxsəviyyəli artımını və enerji istehlakının azalması zamanı saxlanılması sıxlığını on dəfələrlə artırmağa imkan verəcək.

“HP Labs”ın tədqiqat bölməsinin rəhbəri Martin Finin sözlərinə görə, “Machine”in prototipinin 2016-cı ildə təqdim olunması nəzərdə tutulur. Bu sistemdə planlaşdırılan bütün innovasiya həlləri reallaşdırılmasa da, HP-də memristor yaddaşın əvəzinə ənənəvi DRAM-çipləri tətbiq ediləcək.

Bununla belə, “Machine”in prototipi  sistemin hesablama gücü haqqında təsəvvürə malik olmağa imkan verəcək. Xüsusilə, eksperimental rəfdə 2500 hesablama nüvəsi və 320 Terabayt daimi yaddaş yerləşdiriləcək. Sistem, həmçinin yeni növ aparat platforması üçün ixtisaslaşdırılmış proqram təminatı və əməliyyat sisteminin sınaqdan keçirilməsi üçün istifadə olunacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə