Huawei süni intellektə malik smartfonunu təqdim edib

20-12-2016 / 11:02

Çinin Huawei şirkəti Honor brendinin tarixində ən bahalı smartfonunu təqdim edib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, yeni Huawei aparatı eksperimentaldır və Çindən kənarda satışı hələ ki planlaşdırılmır.

Qalınlığı 7,8 mm və çəkisi 145 qr olan smartfon Quad HD təsvir ölçülü 5,09 düymlük AMOLED ekran, HiSilicon Kirin 950 prosessoru, 4 Gb əməli və 64 Gb daxili yaddaşla təchiz edilib. Yeni smartfon qara-qızılı və ağ rənglərdə əlçatan olacaq.

Honor Magic aparatı ikili 12 meqapiksel və 8 meqapiksel ön kamera ilə təchiz olunub, LTE tezliyini dəstəkləyir və SIM kartlar üçün iki slota (onlardan biri yalnız 2G şəbəkəsini dəstəkləyir) malikdir. Ekranda idarəetmə düyməsi mövcud deyil.

Yeni texnologiya 10 dəqiqə ərzində smartfonun enerjisini 0-dan 40 faizədək, 20 dəqiqəyə isə 70 faizədək doldurur. Honor şirkətinin nümayəndələri bildiriblər ki, həm enerjidoldurma qurğusu, həm smartfon, həm də kabel təhlükəsizliyi təmin edən həllərə malikdir.

Huawei şirkəti Honor Magic qurğusunu sehrli funksiyalarla təchiz ediblər: istifadəçi smartfona baxdıqda ekran avtomatik açılır; yalnız sahibinin sifətini tanıdığı halda bloklama ekranındakı bildirişi göstərir və və bloklama ekranına tez-tez istifadə edilən funksiyanı yerləşdirir. 

Məsələn, siz səhərlər müntəzəm saat 8-də gəzintiyə çıxır və musiqi dinləyirsinizsə, aparat müəyyən vaxtdan sonra bunu anlayaraq sürətli giriş üçün bloklama ekranında musiqi tətbiqinin nişanını yerləşdirəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə