Previous Next
Bağla

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020 13:45
İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidmətinin “MyGov” portalına inteqrasiyası həyata keçirilib.

Xeberler.az bildirir ki, artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından “Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə bilərlər. Bunun üçün “MyGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə “Qurumlar üzrə” bölməni, sonra Agentliyin adına daxil olaraq “Sığortaolunanın Tibbi Kabineti” xidmətini seçməlidir. Növbəti səhifədə “Xidmət səhifəsinə keçin” xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görə bilər. Həmçinin “Sığortaolunanın Tibbi Kabineti” xidməti vasitəsilə vətəndaş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, sığorta statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə bilər. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN Ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub.

Bundan başqa “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

06-03-2025

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

25-05-2021

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

07-02-2025

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə