Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xeberler.az bildirir ki, Dövlət Agentliyindən verilən məlumata görə, Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.
Memorandum çərçivəsində tərəflər elm, innovasiya və süni intellekt sahələrində birgə layihələr, tələbə təcrübə proqramları reallaşdıracaq, elmi tədqiqatlarda əməkdaşlıq edəcəklər. Eləcə də, kadr potensialının artırılması üçün təlim və seminarların reallaşdırılması, startapların dəstəklənməsi və “Demo Day” formatlı tədbirlər nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları