İngiltərədəki Intelligent Environments şirkəti 4 rəqəmdən ibarət olan bəsit şifrələrə alternativ olaraq ifadə nişanlarının istifadə edilə biləcəyi şifrə sistemi yaradıb.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, 0-dan 9-a qədər rəqəmlər yerinə 44 simvoldan istifadə ediləcək "Emoji Passcode" adlı xidməti istifadəyə verilib.
Şirkət rəhbəri David Webber 15-25 yaş arasındakı gənclər üçün nəzərdə tutulan sistemə bəzi bankların maraq göstərdiyini bildirib.
Tətbiqin bir icad olmadığını bu səbəblə patentini almadıqlarını ifadə edən Webber, Emoji Passcode sayəsində bank xidmətlərinin həm əyləncəli həm də daha etibarlı olacağını qeyd edib.
Təhlükəsizlik üzrə mütəxəssis Alan Woodward isə bəzi şirkətlərin daha əvvəldən buna oxşar proqramlar istifadə etdiyini qeyd edib.
Həmçinin ifadə nişanlarından istifadənin şifrələrin xatırlanmasını asanlaşdıracağını deyən Woodward, kompüter piratlarının yenə də bu sistemləri qıra biləcəyini də qeyd edib. Bu səbəbdən o, iki mərhələli şəxsiyyət təsdiqlənməsinin vacib olduğunu diqqətə çatdırıb.
Rəqəmlərdən daha asan xatırlandığı qeyd edilən ifadə nişanları ilk dəfə 1960-cı illərdə istifadə edilib. 1982-ci ildən etibarən isə gündəlik həyatda tez-tez istifadə edilməyə başlanıb. Hazırda bütün “messenger”-lərdə və elektron poçtlarda aktiv istifadə edilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri