İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Manas Forumu 2024” adlı beynəlxalq konfransda təqdimatla çıxış edib. Təqdimat “Qitələri birləşdirən Azərbaycanın Avropanın enerji və infrastrukturda aparıcı rolu” mövzusunda olub. TDAM rəhbəri Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində strateji rolunu diqqətə çatdırıb.
Xeberler.az bildirir ki, səfər çərçivəsində V. Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 15-ci iclasında çıxış edib. Hibrid formatda keçirilən iclasda Vüsalə Cəfərova "Türk dünyasının interaktiv geoiqtisadi xəritəsi" konsepsiyasını təqdim edib.
Təqdimatda bildirilib ki, İİTKM-in təşəbbüsü olan "Türk dünyasının interaktiv geoiqtisadi xəritəsi” TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı artırmağı hədəfləyir, ticarət axınları və investisiya imkanları haqqında əhatəli və dinamik məlumat bazası rolunu oynamaqla innovativ portal kimi rəqəmsal xidmətlər göstərmək potensialına malikdir.
TDT-yə üzv dövlətlərin nümayəndələri sözügedən interaktiv xəritənin yaradılmasını məqbul hesab edərək bu istiqamətdə addımların atılması barədə çıxışlar ediblər. İİTKM tərəfindən layihənin konsepsiya sənədinin və layihə təklifinin aidiyyəti üzrə təqdim olunması barədə razılıq əldə edilib.
V. Cəfərova təqdimatdan sonra TDT Katibliyinin layihə direktoru Yerjan Mustafin ilə keçirdiyi görüşdə Türk Dünyası Araşdırmalar Mərkəzinin fəaliyyəti və hazırladığı nəşrlər barədə məlumat verib. O, "Türk İqtisadi İcmalı”nın 2024-cü ilin birinci yarısı üzrə məlumatları əhatə edən növbəti buraxılışını Y. Mustafinə təqdim edib. Qeyd edilməlidir ki, TDT-nin üzv və müşahidəçi dövlətlərinin iqtisadi dinamikasını əks etdirən"Türk İqtisadi İcmalı" 2022-ci ildən etibarən rüblük və illik dövrləri əhatə etməklə hazırlanır və İİTKM-in və TDT-nin internet səhifələrində 8 dildə yayımlanır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri