Previous Next
Bağla

“Türk iqtisadi icmalı”nın 2025-ci ilin I rübünə dair buraxılışı nəşr edilib

30-06-2025 14:01
“Türk iqtisadi icmalı”nın 2025-ci ilin I rübünə dair buraxılışı nəşr edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışı nəşr edilib.

Xeberler.az məlumat verir ki, İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabata əsasən, qlobal qeyri-müəyyənlik fonunda Türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası – birgə ÜDM həcmini 593.8 milyard ABŞ dollarına çatdıraraq qlobal iqtisadiyyatın 2.1%-ni təşkil edib.

Orta hesabla 5.04% iqtisadi artım qeydə alan Türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2.3%-lik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13.1%, Özbəkistan 6.8%, ŞKTR 6.4%, Türkmənistan 6.3%, Qazaxıstan 5.6% artım nümayiş etdirib, Türkiyə və Azərbaycan isə müvafiq olaraq 2.0% və 0.3% səviyyəsində mülayim artım əldə edib. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0.2%) müşahidə olunub.

Ticarət sahəsində də güclü göstəricilər qeydə alınıb: TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369.3 milyard ABŞ dollarına çataraq qlobal ticarətin 4.4%-ni təşkil edib (WTO, UNCTAD, 2025). Bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çoxdur. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olub. Sektorlar üzrə göstəricilər də diqqətəlayiq olub. Qırğızıstanın kənd təsərrüfatı istehsalı 17% artıb ki, bu da suvarma infrastrukturunun genişləndirilməsi və subsidiyalar hesabına gerçəkləşib. Özbəkistanda ərzaq məhsullarının istehsalı 7.4% artıb, aqro-ixrac genişlənib. Qazaxıstan taxıl ixracını 22% artıraraq Çin və Türkiyə ilə ərzaq təhlükəsizliyi əməkdaşlığını gücləndirib.

Sənaye sahəsində Türkiyədə artım əsasən avtomobil və maşınqayırma sektorlarında baş verib. Özbəkistanda yüngül sənaye və tekstil sektorunda ikirəqəmli artım qeydə alınıb, bu artıma re-eksport fəaliyyəti və xarici investisiyalar töhfə verib. Azərbaycanda qeyri-neft sənayesi 4.1% artaraq emal sənayesi və tikinti materialları üzrə inkişafla seçilib. Nəqliyyat və logistika sahəsində də irəliləyişlər olub, Bakı Limanı Orta Dəhliz üzrə konteyner axınını əhəmiyyətli dərəcədə artırıb, Özbəkistan isə yeni multimodal logistika mərkəzi istifadəyə verib.

Rəqəmsal transformasiya sahəsində də irəliləyişlər müşahidə edilib. Özbəkistan İKT islahatlarını sürətləndirib, Qırğızıstan isə əsas şəhərlərdə “Safe City” sistemlərini pilot mərhələdə tətbiq edib.

Hesabat dövründə Qazaxıstan 7 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90%-ə yaxın artım göstərib, ŞKTR-də bank aktivləri 43% artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17% yüksəlib. Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olub. Özbəkistan isə 2030-cu ilə qədər enerji istehsalının 40%-ni bərpa olunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Bişkek 2025-ci il üçün “Rəqəmsal Paytaxt” elan edilib (OTS, UNEP).

Bütövlükdə, Türk dövlətləri strateji dəhlizlər, yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlıq, artan inteqrasiya və qlobal dəyər zəncirlərində rolunu artırır. “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində region dayanıqlı inkişaf, ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolu artırmaq istiqamətində sadiqliyini nümayiş etdirir.

 “Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/az/turkic-economic-outlook-2025-january-march-no4_doc_az.pdf

ingilis variantı ilə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/en/turkic-economic-outlook-2025-january-march-no4_doc_en.pdf

rus variantı ilə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/ru/turkic-economic-outlook-2025-january-march-no4_doc_ru.pdf

türk variantı ilə bu linkdən:  https://ereforms.gov.az/files/te_review/pdf/tr/turkic-economic-outlook-2025-january-march-no4_doc_tr.pdf

macar variantı ilə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/hu/turkic-economic-outlook-2025-january-march-no4_doc_hu.pdf

özbək variantı ilə bu linkdən:  https://ereforms.gov.az/files/te_review/pdf/uz/turkic-economic-outlook-2025-january-march-no4_doc_uz.pdf

qazax variantı ilə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/kz/turkic-economic-outlook-2025-january-march-no4_doc_kz.pdf

qırğız variantı ilə isə bu linkdən: https://ereforms.gov.az/files/te_review/pdf/kg/turkic-economic-outlook-2025-january-march-no4_doc_kr.pdf tanış olmaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

07-01-2026

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

"DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqlənib

12-03-2025

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026

Müdafiə Nazirliyi şəhid olan hərbçilərimizin adlarını açıqladı

14-09-2022

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

08-07-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

“İqtisadi islahatlar” elmi-analitik jurnalının üçüncü sayı nəşr olunub

05-08-2022

Azərkosmos tender elan edir

02-09-2025

2016-cı ilin büdcəsində rabitə xərcləri azalıb

17-09-2015

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

26-05-2026

Bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

18-03-2026

Azərbaycan TDT ölkələrinə texnologiya transferi mərkəzləri yaratmağı təklif edib

26-10-2024

Qazaxıstan-Özbəkistan sərhədində elektron növbə sistemi tətbiq ediləcək

24-05-2025

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025

Microsoft Office 2007 SP2 istifadəçilərin ixtiyarına verildi

29-04-2009

Baş katib Qazaxıstan-Azərbaycan fiberoptik kabelinin əhəmiyyətindən danışıb

15-05-2026

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

18-03-2025

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə