Previous Next
Bağla

“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

07-01-2026 12:25
“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar–sentyabr dövrünü əhatə edən buraxılışı nəşr olunub.

Xeberler.az məlumat verir ki, İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabat TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişaflar və struktur transformasiya meyillərinə dair əhatəli qiymətləndirmə təqdim edir. 2025-ci ilin ilk doqquz ayı ərzində TDT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6 faiz təşkil edib ki, bu da qlobal iqtisadi artımın təxminən 3 faizlik səviyyəsindən xeyli yüksəkdir. Hesabat dövründə TDT ölkələrinin ümumi ÜDM-i 1,79 trilyon ABŞ dollarına çataraq qlobal ÜDM-in təxminən 2 faizini formalaşdırıb. Qırğızıstanda ÜDM artımı təxminən 10 faiz,  Özbəkistanda 7,2 faiz, Macarıstanda 6,5 faiz, Şimali Kiprdə 6,4 faiz, Qazaxıstan və Türkmənistanda isə təxminən 6,3 faiz səviyyəsində qeydə alınıb. Türkiyədə iqtisadi artım 4 faiz ətrafında formalaşıb. Azərbaycanda isə 1,3 faizlik iqtisadi artım təmin olunub.

Xarici ticarət iqtisadi fəallığın əsas dayaqlarından biri olaraq qalır. 2025-ci ilin yanvar–sentyabr aylarında TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard ABŞ dollarına çataraq qlobal ticarətin təxminən 3,6 faizini təşkil edib. Bu göstərici regionun qlobal ÜDM-dəki payından yüksək olmaqla, TDT iqtisadiyyatlarının xarici inteqrasiyasının dərinliyini əks etdirir. Enerji ixrac edən ölkələr ticarət profisitlərini qoruyub. Azərbaycanda ticarət profisiti təxminən 0,9 milyard ABŞ dolları, Qazaxıstanda isə 7,7 milyard ABŞ dolları səviyyəsində olub. Özbəkistanda sənaye, kənd təsərrüfatı və emal olunmuş məhsullar hesabına ixracın əhəmiyyətli artımı müşahidə edilib. İnvestisiya fəallığı regionun əksər ölkələrində yüksək səviyyədə olub. Sabit kapitala yönələn investisiyalar iri infrastruktur layihələri, nəqliyyat-logistika təşəbbüsləri və enerji layihələri hesabına genişlənib. Maliyyə sektorunda vasitəçilik imkanları artıb. Türkiyədə bank aktivləri 1,05 trilyon ABŞ dollarını ötüb, Qazaxıstan və Özbəkistanda isə bank aktivlərində ikirəqəmli artım qeydə alınıb. İnvestisiya axınları əsasən enerji infrastrukturu, istehsal gücləri, logistika və rəqəmsal xidmətlər üzərində cəmləşib.

Fiskal göstəricilər gəlir bazasının genişlənməsi və nominal xərclərin yüksək səviyyədə qalması ilə səciyyələnib. Üzv ölkələrin əksəriyyətində dövlət büdcəsi gəlirləri iqtisadi artım, vergi inzibatçılığının təkmilləşdirilməsi və enerji ixracatçılarında karbohidrogen gəlirləri hesabına artıb. Xərclərin artımı isə əsasən infrastrukturun inkişafı, sosial sahələr və yaşıl və rəqəmsal transformasiya üzrə strateji investisiyalarla bağlı olub. Fiskal mövqelər ölkələr üzrə fərqlənsə də, ümumilikdə büdcə siyasəti iqtisadi artımı dəstəkləyən xarakter daşıyıb.

Yaşıl və rəqəmsal transformasiya sahəsində irəliləyişlər ölçülə bilən iqtisadi nəticələrə çevrilməyə başlayıb, baxmayaraq ki, nəticələr ölkələr üzrə qeyri-bərabərdir. Günəş və külək enerjisi layihələri, elektrik şəbəkələrinin modernləşdirilməsi, elektron hökumət platformaları, rəqəmsal vergi inzibatçılığı və ağıllı infrastruktur təşəbbüsləri genişlənib. Rəqəmsal dövlət xidmətləri fiskal səmərəliliyin artmasına, yaşıl investisiyalar isə uzunmüddətli enerji
şaxələndirilməsi məqsədlərinə töhfə verib.

Nəqliyyat və logistika əlaqəliliyi struktur artım amili kimi daha da güclənib. Transxəzər Şərq–Qərb marşrutu üzrə yükdaşımaların həcmi 2022-ci ildən əvvəlki dövrlə müqayisədə bir neçə dəfə artıb və TDT ölkələrinin Asiya ilə Avropa arasında tranzit mərkəzi kimi strateji rolunu möhkəmləndirib. Limanlara, dəmir yollarına, sərhəd-keçid məntəqələrinə və rəqəmsal gömrük sistemlərinə yatırılan investisiyalar tranzit axınlarını və ticarətlə bağlı xidmətlər sektorunun
həcmini artırıb.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarına dair məlumatlar göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr qlobal orta göstəricilərdən daha sürətlə böyüyür, iqtisadi ölçülərinə nisbətən daha intensiv ticarət aparır və investisiya, əlaqəlilik və struktur transformasiyaya daha çox resurs yönəldirlər. Şaxələndirmə, regional inteqrasiya və infrastrukturun inkişafı istiqamətində irəliləyişlərin sonrakı dövrlərdə iqtisadi artım tempini dəstəkləməsi gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Türk iqtisadi icmalı”nın 2025-ci ilin I rübünə dair buraxılışı nəşr edilib

30-06-2025

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024

Astanada Türk Dövlətləri Təşkilatının biznes-forumu keçirilir

13-05-2026

İİTKM-in şöbə müdiri “Manas Forumu 2024” çərçivəsində təqdimatlarla çıxış edib

18-10-2024

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Elektron komponentlər rəqəmsal ticarətin hərəkətvericisinə çevrilib

30-01-2026

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

07-07-2023

2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

15-07-2021

TDT nazirlərinin 2-ci iclasının Bəyannaməsi qəbul edilib

24-10-2025

Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

19-08-2024

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

"Azərkosmos"un ixrac gəlirləri azalıb

28-11-2025

“Azərkosmos”un ixrac gəlirləri artıb

31-10-2022

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026

Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artır

16-11-2015

"Azərkosmos"un ixrac gəlirləri azalıb

29-08-2025

Çin internet mağazalara 2,2 trilyon xərcləyib

10-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə