İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyasının xətti ilə Azərbaycana səfər edən dövlət qulluqçuları ilə görüşüb.
Xeberler.az məlumat verir ki, “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən tədbirdə İİTKM-in dövlət proqramlarının idarə olunmasında tətbiq etdiyi “Smart Monitoring” sistemi təqdim olunub.
Tədbirdə çıxış edən Vüsal Qasımlı son illərdə Azərbaycanda həyata keçirilən institusional və struktur islahatların iqtisadi idarəetmədə şəffaflığın, hesabatlılığın və operativliyin artırılmasına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, innovativ texnologiyaların tətbiqi dövlət idarəçiliyində qərar qəbuletmə proseslərini daha effektiv və nəticəyönümlü edir.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov isə çıxışında qurumun 40-dan çox dövlət proqramı üzrə geniş məlumat bazası formalaşdırdığını, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirdiyini və elmi-tədqiqat fəaliyyəti çərçivəsində beynəlxalq bazalarda indekslənən çoxsaylı nəşrlər hazırladığını vurğulayıb.
Onun sözlərinə görə, İİTKM-in təşəbbüsü ilə həyata keçirilən Azexport, Enterprise Azerbaijan və Digital Trade Hub layihələri ölkənin rəqəmsal iqtisadiyyatının, innovasiya ekosisteminin və qeyri-neft ixracının inkişafına əhəmiyyətli dəstək verib.
Tədbir çərçivəsində İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesində istifadə olunan “e-monitorinq” portalının iş prinsipləri barədə məlumat verib.
Qurumun Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Könül Bədəlova isə “Layihə idarəetməsi” modulunun funksiyaları və effektivliyi haqqında təqdimatla çıxış edib. Bildirilib ki, modul layihələrin planlaşdırılması, icrası və nəticələrinin izlənməsini vahid platforma üzərindən həyata keçirməyə imkan verir.
İİTKM-in operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov Azərbaycanda rəqəmsal ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyasının Dövlət idarəçiliyi sahəsində kadr hazırlığı üzrə Elmi-Metodiki Koordinasiya Mərkəzinin direktoru Sərvər İnoqamov də çıxış edərək Akademiyanın fəaliyyəti, təhsil proqramları və elmi potensialı barədə təqdimat edib.
Görüş zamanı dövlət idarəçiliyində innovativ həllərin tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara İİTKM tərəfindən nəşr edilən Türk Dövlətlərinin İqtisadiyyatı və Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi kitabları hədiyyə olunub.
Qeyd edək ki, Özbəkistanın dövlət qulluqçuları Azərbaycana Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən dəvət olunublar.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları