Previous Next
Bağla

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025 17:15
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı ETN İdarəetmə Sistemləri İnstitutunun "İqtisadiyyatın qeyri-səlis modelləri" laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovu və İdarəetmə Sistemləri İnstitutunun "Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi" laboratoriyasının müdiri, i.e.d., professor Yadulla Həsənlini qəbul edib.

Xeberler.az məlumat verir ki, Professor Vüsal Qasımlı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş əsas hədəflər, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsi üçün tətbiq olunan rəqəmsal alətlər və həllər barədə qonaqları məlumatlandırıb. Görüş zamanı əsas diqqət sosial-iqtisadi inkişaf proqramlarında süni intellektin və qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi perspektivlərinə yönəlib.

Professor Qorxmaz İmanov qeyd edib ki, qeyri-səlis məntiqin tətbiqi, xüsusilə qeyri-müəyyənlik şəraitində daha dəqiq və çevik qərarların qəbuluna imkan verir və bu yanaşma sosial-iqtisadi strategiyaların effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. O, həmçinin süni intellekt alətlərindən istifadə etməklə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və siyasət seçimlərinin səmərəliliyinin təhlili sahəsində birgə fəaliyyətlərin faydalı olacağını vurğulayıb.

Qonaqlar İİTKM-in sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirərək bu istiqamətdə gələcək əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Professor Vüsal Qasımlı görüş zamanı səsləndirilən təşəbbüsləri məmnunluqla qarşılayaraq, bu ideyaların elmi yanaşmalarla zənginləşdirilmiş konkret layihələrə çevriləcəyinə və əməkdaşlığın qarşılıqlı faydalı nəticələrlə davam etdiriləcəyinə inamını bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

13-12-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

17-01-2025

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə