Previous Next
Bağla

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025 12:00
Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) nümayəndələrini qəbul edib. Görüşdə IPADS -in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iştirak ediblər.

Xeberler.az bildirir ki, Vüsal Qasımlı Vyetnamın regionda uğurlu iqtisadi siyasətini və Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq, Vyetnam və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan hədəfləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması sahəsində görülən işləri qonaqların diqqətinə çatdırıb. Vüsal Qasımlı dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar -www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında məlumat verib, bu platformalara süni intellektin inteqrasiyasından və irihəcmli məlumatların effektiv emalından danışıb. O, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində əldə etdiyi nailiyyətlərin Orta Asiya dövlətlərində böyük maraq doğurduğunu vurğulayıb və bu sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlərin aparıldığını qeyd edib.

Xanım Le Nguyen Thien Nga isə "Siyasətdən Həyata" milli təşəbbüsünün layihə rəhbəri olduğunu qeyd edib və İİTKM ilə əməkdaşlığı genişləndirmək, süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, qarşılıqlı seminarların keçirilməsi, hesabatların hazırlanması və birgə tədqiqat layihələrinin inkişafı sahəsində fəaliyyətin davam etdirilməsinə dair niyyətlərini ifadə edib.

Sonra İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə www.boyukqayidish.gov.az platforması nümunəsində dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinə aid təqdimatla çıxış edib. O, proqramların icra vəziyyətinin qiymətləndirilməsi və effektivliyin artırılması məqsədilə tətbiq edilən metodologiyalar və layihələrin strateji istiqamətləri barədə ətraflı məlumat verib.

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələri Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

IPADS-in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iki dövlət arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin İİTKM-in İqtisadi Təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli və Monitorinq və Qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Qurban Rzayev də iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019

Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb

25-09-2024

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə