İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru, professor Janos Abonyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xeberler.az bildirir ki, Vüsal Qasımlı İİTKM-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Mərkəz hazırda 25 strateji sənədin icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirir, layihə idarəetmə modulunu tətbiq edir və ölkədə proqram idarəetməsinin təkmilləşdirilməsinə töhfə verir. Azərbaycanda dövlət
proqramlarının monitorinq və qiymətləndirməsi rəqəmsal platformalar vasitəsilə həyata keçirilir və bu prosesdə coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və süni intellekt imkanları tətbiq olunur. Nəticədə qərarvermə data məlumatlarına əsaslanır, proqram idarəetməsi isə daha şəffaf və nəticəyönümlü olur.
O qeyd edib ki, Azərbaycanda monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda İİTKM-də aparılan tədqiqatların nəticələrinə uyğun olaraq kitablar və elmi nəşrlər hazırlanır. Vüsal Qasımlı macarıstanlı həmkarların iştirakı ilə nəşr olunan “Türk dövlətləri iqtisadiyyatı” və “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitablarının əhəmiyyətini qeyd edib.
İİTKM-in icraçı direktoru Azərbaycan ilə Macarıstan arasında strateji əməkdaşlığın qurulduğunu, son illər isə Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin daha da dərinləşdiyini vurğulayaraq İİTKM-in Pannonia Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Pannonia Universitetinin rektoru professor Janos Abonyi rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verərək bir sıra istiqamətlər üzrə əməkdaşlıq imkanları olduğunu deyib. O, birgə tədqiqatların aparılması və kitabların nəşri, eləcə də Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə universitetin doktorantlarının İİTKM-də təcrübə keçməsi imkanlarını xüsusi vurğulayıb. Rektor Azərbaycanın monitorinq və qiymətləndirmə sahəsində əldə etdiyi nailiyyətlərin diqqətəlayiq olduğunu bildirərək bu istiqamətin öyrənilməsinin maraqlı olacağını qeyd edib.
Qonaqlar professor Vüsal Qasımlının Pannonia Universitetində magistr və doktorantlar üçün ictimai mühazirə ilə çıxış etməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər.
Görüşdə həmçinin İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli, Macarıstan tərəfdən isə Pannonia Universiteti Fondunun Müşahidə Şurasının prezidenti Zoltan Birkner, “MVM Azerbaijan” şirkətinin icraçı direktoru József Goldfárth və Macarıstan səfirliyinin diplomatı İştván Racz iştirak ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları