Previous Next
Bağla

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025 19:15
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avrasiya İdarəsinin rəhbəri Uilyam Tompson və Şərqi Avropa və Cənubi Qafqaz şöbəsinin müdiri Danyel Kvadbeki qəbul edib.

Xeberler.az bildirir ki, V.Qasımlı Azərbaycanın iqtisadi islahatları və inkişaf prioritetləri üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması sahəsində beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal transformasiya, vergi islahatları və korporativ idarəetmə sahələrində strateji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Görüşdə həmçinin ölkənin iqtisadi diversifikasiya ilə bağlı qəbul etdiyi strateji sənədlər, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülən işlər müzakirə olunub. Eyni zamanda, ölkəmizin rəqəmsal xidmətlər sahəsində əldə etdiyi irəliləyişlər, KOS-lərin xarici bazarlara inteqrasiyası və rəqəmsal şəbəkələrə qoşulmalarını təmin edən platformalar, xüsusilə İİTKM-in operatoru olduğu “Azexport” portalının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Uilyam Tompson isə Azərbaycanda dövlət müəssisələrinin korporativ idarə edilməsi, maliyyə sektorunun inkişafı, ticarət və nəqliyyat əlaqələrinə dair məsələləri ön plana çəkib. O, kiçik və orta müəssisələrin inkişafı, iqtisadi diversifikasiya, rəqəmsal transformasiya, KOB-lar üçün maliyyə alətləri, regional əlaqələr, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq üzrə tədqiqatların Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri və konkret sahələr üzrə birgə fəaliyyətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda İİTKM-in OECD ilə birgə tərəfdaşlıq çərçivəsində hazırlayıb nəşr etdirdiyi “Orta Dəhliz” kitabı qonaqlara təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

03-09-2025

Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

21-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə