Previous Next
Bağla

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025 13:22
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı  Oksford Universitetində keçirilən “HumanAlgorithm Interaction Workshop” (İnsan-alqoritm qarşılıqlı əlaqəsi) tədbirində məruzə ilə çıxış edib.

Xeberler.az bildirir ki, tədbirdə dünyanın aparıcı universitetlərinin professorları, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində beynəlxalq şirkətlərin nümayəndələri və mentorlar iştirak ediblər.

Vüsal Qasımlı  “Dövlət proqramlarının idarə olunmasında süni intellektin tətbiqi” (Azərbaycan nümunəsində) mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda dövlət proqramlarının idarə olunmasında institusional struktur, rəqəmsallaşdırılmış monitorinq və qiymətləndirmə sistemi və bu sahədə İİTKM tərəfindən yaradılan “Layihə idarəetməsi” modulu barədə məlumat verilib. Vüsal Qasımlı insan qərarları ilə alqoritm sistemləri arasındakı dinamik qarşılıqlı əlaqəni dövlət idarəetməsi və institusional kontekstdə şərh edib.

İİTKM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanda dövlət proqramları sistemli şəkildə hazırlanır, Prezident sərəncamı ilə təsdiq olunur və nəticəyönümlü idarəetmə əsaslı mexanizmlərlə müşayiət edilir. Bu prosesin əsas əlaqələndirici institutu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. O bildirib ki, Mərkəz tərəfindən dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi müasir rəqəmsal metodlarla aparılır, məlumatlar elektron formada toplanır və təhlil olunur. İİTKM tərəfindən yaradılan rəqəmsal portalların funksionallığı, real vaxt rejimində məlumat axını, interaktiv hesabatlar və prosesləri canlı izləmə imkanları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təqdimatda rəqəmsallaşdırılmış monitorinq sistemləri, “Böyük Qayıdış” və “Azərbaycan 2030” portallarında tətbiq olunan süni intellekt həlləri, “Kiborg və Sentavr” modelləri üzrə strateji yanaşmalar müzakirə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu sahədə aldığı beynəlxalq mükafatlar və Azərbaycanın rəqəmsal idarəetmə üzrə innovativ liderliyi diqqətə çatdırılıb.

Oksford Universitetinin “Saïd” Biznes Məktəbində üç gün davam edən konfransın məqsədi insan və alqoritmlərin qarşılıqlı təsirini biznes, hökumət və cəmiyyət kontekstində araşdırmaq, etik yanaşmaları, innovasiya və süni intellektin sosial təsirini müzakirə etməkdir.

Tədbirdə Oksford Universitetinin professorları və süni intellekt üzrə dünyanın nüfuzlu tədqiqatçıları, “PwC”, “Colt Technology”, “RAKBANK”, “Durham University” və “TU Munich” kimi qurumların nümayəndələri, aparıcı akademik jurnalların redaktorları çıxış ediblər.

“Human-Algorithm Interaction Workshop 2025” tədbiri süni intellektin sosialyönümlü və məsuliyyətli inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatçılar bu təşəbbüsün növbəti illərdə daha geniş miqyasda davam etdiriləcəyini və akademik-texnoloji əməkdaşlığın gücləndiriləcəyini bildiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

17-02-2026
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025
Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Vyetnamın nümayəndə heyətini qəbul edib

30-07-2025
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025
İİTKM və Dünya Bankı  təlimlərə başlayıb

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018
Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb

Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb

25-09-2024
Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021
İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025
Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025
İİTKM Özbəkistanın dövlət qulluqçularına “Smart Monitoring” sistemini təqdim edib

İİTKM Özbəkistanın dövlət qulluqçularına “Smart Monitoring” sistemini təqdim edib

05-06-2026
İİTKM-ə yeni rəhbər təyinatı olub

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025
Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023
İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025
Monitoring.az portalının təqdimatı keçirilib

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018
İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə