Previous Next
Bağla

İki Mars zondu “Blue Origin” şirkətinin yeni raketi ilə buraxılacaq

11-06-2025 09:55
İki Mars zondu “Blue Origin” şirkətinin yeni raketi ilə buraxılacaq

NASA Marsa göndəriləcək ESCAPADE (Escape and Plasma Acceleration and Dynamics Explorers – “Qaçış və Plazma Sürətlənməsi və Dinamikası Tədqiqatçıları”) missiyasını təsdiqləyib. Missiya iki kiçik aparatdan ibarətdir və onların əsas məqsədi Günəş küləyi ilə Mars atmosferi arasındakı qarşılıqlı təsirin dinamikasını öyrənməkdir. Bu tədqiqat Mars atmosferinin itkisinin səbəblərini anlamağa kömək edəcək.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, hər iki zond sifarişçi tərəfindən vaxtında hazırlanıb və 2024-cü ilin oktyabrında “Blue Origin” şirkətinin “New Glenn” raketi ilə buraxılması planlaşdırılırdı. Qeyd edək ki, bu, raketin ilk buraxılışı olacaqdı. NASA belə riskli seçimə görə buraxılış üçün ərazinin alınmasında böyük endirim əldə etmişdi. Missiyanın əhəmiyyət dərəcəsi agentliyə bu cür qərarlar qəbul etməyə imkan verir. Lakin planlaşdırılmış buraxılışa bir ay qalmış agentlik bu fikirdən imtina edib. Səbəb isə buraxılış operatorunun daşıyıcı raketin vaxtında hazır olacağına zəmanət verə bilməməsi və oktyabr ayının sonlarında buraxılış pəncərəsinin bağlanması idi.

“New Glenn” raketinin ilk buraxılışı yalnız bu ilin yanvarında reallaşıb və uğurlu olub. ESCAPADE zondları isə hələlik konservasiya olunmuş vəziyyətdə raketlərini gözləyir. NASA-nın ümumi büdcə məhdudiyyətləri və bu səbəbdən bəzi missiyaların ləğvi fonunda bu layihənin ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaranmışdı. Lakin agentlik missiyanı Marsa göndərmək planlarından imtina etmədiyini təsdiqləyib.

ESCAPADE missiyasının elmi komandası layihə ilə bağlı bəzi detalları açıqlayıb. NASA hələ də zondların Marsa “Blue Origin”in “New Glenn” raketi ilə göndəriləcəyinə ümid edir, çünki şirkətlə olan müqavilə ləğv edilməyib. Bir neçə uçuş trayektoriyası nəzərdən keçirilir və yeni buraxılış imkanları bu ilin yayının sonundan 2026-cı ilin yazına qədər baş verə bilər.

Əgər bu mümkün olarsa, aparatların Marsa 2027-ci ilin sentyabrında çatacağı gözlənilir.

Eyni zamanda, “Blue Origin” hələ də “New Glenn” raketinin ikinci buraxılışının nə vaxt baş tutacağını dəqiq deyə bilmir. ESCAPADE missiyasının planlaşdırılması da bundan asılıdır. Şirkət daha əvvəl bildirmişdi ki, bu buraxılış üçün hələ uyğun yük axtarır. Əgər belə bir yük tapılmazsa, buraxılış maketlə həyata keçiriləcək. “New Glenn” raketinin ikinci uğurlu buraxılışı onun hərbi sifarişlər üçün sertifikat almaq məqsədi üçün vacibdir. Bu isə “Blue Origin”in əsas hədəflərindən biridir. Şirkət “SpaceX” və “ULA” ilə müdafiə kontraktları sahəsində rəqabət aparmaq niyyətindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA-nın peyk buraxılışı təxirə salınıb

13-11-2025

"Blue Origin" kosmosa iki zond göndərib

14-11-2025

Dünyanın ən güclü raketi hazırlanıb

16-01-2018

NASA Marsa helikopter göndərir

14-05-2018

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

“New Shepard” suborbital kosmik gəmisinin uçuş sınağı keçirilib

01-05-2015

NASA Aya eniş planını İlon Maskın rəqiblərinə açıq elan edib

21-10-2025

“SpaceX” kosmik şirkəti Pentaqonun əsas raket buraxılışı tərəfdaşı olub

10-04-2025

NASA Marsa aparat göndərilməsini təxirə salıb

24-12-2015

Cənubi Koreya "Nuri" kosmik raketinin buraxılış tarixi açıqlanıb

30-09-2025

Marsa uçuş üçün 1 milyard dollar dəyərində saziş imzalanıb

24-11-2015

NASA-nın aparatı Marsa eniş edib

19-02-2021

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

NASA robot yarışması keçirir

19-11-2015

“Starship”in ən böyük versiyasının buraxılış tarixi açıqlanıb

28-01-2026

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib

15-12-2024

NASA yeni texnologiya ilə təmin edilmiş zondu Aya göndərir

17-02-2025

NASA texniki problem səbəbindən Ay missiyasını təxirə salıb

23-02-2026

Hindistanın sonuncu peyk buraxılışı uğursuz olub

12-01-2026

Mask “Space-X”in əsas məqsədini acıqlayıb

28-05-2025

NASА Marsa planer göndərəcək

01-07-2015

Amazon şirkəti Yer orbitinə insanları və yükləri çatdıracaq

17-09-2015

“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

08-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə