“İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb

16-10-2024 / 18:02

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən Ucar və Zərdab rayonlarında icra olunan “İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb.

Xeberler.az məlumat verir ki, layihənin əsas məqsədi müxtəlif sahələrdə çalışan və işsiz Qızlar və qadınların İKT bilikləri və praktiki vərdişlərinə yiyələnməsi və çalışdıqları sahələrdə innovativ metodlardan istifadə etməsi üçün müasir internet resurslarından istifadə bacarıqlarının artırılmasından ibarətdir.

8 mobil kursdan ibarət olan layihə Ucar və Zərdabda yaşayan 50 qız və qadınların yararlanmasına imkan yaradıb. Mobil kurslar vasitəsi ilə iştirakçılar kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları,dizayn, e-hökumət, onlayn proqram resurslarından istifadə istiqamətində marifləndiriliblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə