Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş “FarmHER” layihəsi uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub.
Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.
Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videonu izləyə bilərsiniz.
“FarmHER” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları