“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015 / 16:39

Aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində "İKT-də Qızlar günü" (Girls in ICT Day" qeyd ediləcək.

Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir.

Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını qlobal səviyyədə əhatə edib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də "İKT-də Qızlar günü" çərçivəsində tədbir təşkil olunacaq. Belə ki, "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubunun təşkilatçılığı ilə aprel ayının 23-də saat 16:00-da "İKT-nin qadınların həyatında rolu" mövzusunda konfrans keçiriləcək.

Azərbaycan və ingilis dillərində keçiriləcək tədbirə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan Qadınlarının İKT Klubunun və “GoldenPay” şirkətinin nümayəndələri iştirak edəcək və konfrans iştirakçılarını salamlayacaq.

Qeyd edək ki, "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.

Konfransda iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidir.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.