Previous Next
Bağla

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025 14:18
Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz
"“Starlink Azerbaijan” hələ "bismillah" deməmiş, İKTA artıq hesabat istəyir. Sektorun tənzimləyici qurumu – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Starlink Azerbaijan” MMC-dən hesabat tələb edib. Qurum bu barədə rəsmi açıqlama yayıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, son zamanlar bu tənzimləyici qurum yalnız sektorun ictimaiyyətini təəccübləndirməyə üstünlük verir, o da məcbur olub bu halları gündəmə gətirməli olur:
 
"“Starlink Azerbaijan” hələ bazara yeni daxil olub, necə deyərlər, hələ "bismillah" deməyib. Belə bir vaxtda qurum rəhbərliyi ilə keçirilən görüşün əsas mövzusunu məhz bu hesabat məsələsi kimi təqdim etmək doğrudanmı məqsədəuyğundur?
 
Ortada bu qədər ciddi tənzimləmə problemi durarkən, 40 ildir fəaliyyət göstərən nəhəng dövlət provayderi Aztelekom-dan hesabat tələb etmək İKTA-nın yadına düşmür".
 
Osman Gündüzün sözlərinə görə, saytlarına baxanda bu dövlət şirkətinin 2022-ci ildən sonrakı dövr üçün heç maliyyə hesabatı da gözə dəymir:
 
"Ayda, təkrar edirəm hər ay 75 milyon manat gəlir əldə edən bu qurumdan bölgələrdə internetin qiymətində alternativ seçim yaratmaq tələb edilmir, heç olmasa, buna dair bir xahiş belə edilmir.
 
Ayda 75 milyon manat qazanan bu dövlət şirkəti kənddə 300 manat sosial müavinət alan vətəndaşın 25 manatına "möhtac" qalıb.
 
Tənzimləyici qurum da bunu görməzdən gəlir.
 
Yerdəkinə gücü çatmır, göydəkindən hesabat istəyir. Çox təəssüf edirəm.
Bilmirəm, bəlkə də yay hələ bitməyib deyə, İKTA rəhbərliyi hələ də belə bəsit və mənasız rəsmi açıqlamalara üstünlük verir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

30-04-2026

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

17-12-2024

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Ekspert: Bölgələrdə internetden imtina edənlər barəsində statistika indiyədək açıqlanmayıb

12-09-2024

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə