Previous Next
Bağla

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025 12:21
İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) mobil və sabit telekommunikasiya operatorları, həmçinin iri internet servis provayderlərinin iştirakı ilə 2025 – 2026-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı görüş keçirilib.

Xeberler.az bildirir ki, toplantıda şəbəkələrin dayanıqlığının təmin olunması, ekstremal hava şəraitinin təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi və xidmətlərin fasiləsizliyinin qorunması məsələləri müzakirə olunub.

Görüş zamanı operatorlar mövsümlə bağlı aparılmış hazırlıq işləri, mövcud çətinliklər və ehtiyac duyulan resurslar barədə məlumat veriblər. İKTA tərəfindən infrastrukturun ehtiyat bağlantılarla gücləndirilməsi, enerji təminatının (generator, UPS) tam hazır vəziyyətə gətirilməsi, açıq hava avadanlıqlarında izolyasiya işlərinin aparılması, həmçinin xidmətin keyfiyyət indikatorlarının 24/7 nəzarətdə saxlanılmasının vacibliyi xüsusi vurğulanıb.

Agentlik qüllə və kabel təsərrüfatlarının qışa hazırlığı, fövqəladə hallarda operativ reaksiya qruplarının formalaşdırılması, sərhədyanı ərazilərdə arzu olunmayan rouminq risklərinin azaldılması, eləcə də istifadəçilər üçün qabaqlayıcı SMS xəbərdarlıqlarının təmin edilməsi ilə bağlı operatorlara əlavə tövsiyələr verib.

Bildirilib ki, qış mövsümündə telekommunikasiya xidmətlərinin fasiləsiz, təhlükəsiz və dayanıqlı təmin olunması ilə əlaqədar “Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı” çərçivəsində operatorlar tərəfindən görülən işlərin nəticələrinin müzakirəsi məqsədilə mövsüm ərzində dövri görüşlərin keçirilməsi və nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Telekommunikasiyanın fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir

18-03-2026

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Naxçıvanda telekommunikasiya şəbəkələri payız-qış mövsümünə hazırlanır

18-09-2020

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası tamamlanıb

19-12-2025

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

Radiotezliklər İdarəsi iş rejimini gücləndirir

12-08-2015

NRYTN hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

17-02-2021

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə görüş keçirilib

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə