Previous Next
Bağla

İKTA və Audiovizual Şura provayderlərlə görüş keçirib

19-02-2026 15:11
İKTA və Audiovizual Şura provayderlərlə görüş keçirib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Audiovizual Şura audiovizual media fəaliyyəti göstərən elektron kommunikasiya operator və provayderlərinin nümayəndələri ilə işgüzar görüş keçirib.

Xeberler.az məlumat verir ki, görüş zamanı audiovizual media sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, televiziya proqramlarının IP şəbəkələr üzərindən paket şəklində təqdim edilməsi audiovizual proqramların retranslyasiyası hesab olunur və bu fəaliyyət yalnız Audiovizual Şura tərəfindən verilən platforma operatoru lisenziyası əsasında həyata keçirilməlidir.

Bildirilib ki, audiovizual məhsulların istifadəçinin seçimi əsasında (istəyə görə baxış – VOD modeli) təqdim edilməsi sifarişli audiovizual yayım xidməti sayılır və bu fəaliyyət üçün də müvafiq lisenziya tələb olunur. Lisenziyasız fəaliyyət qanunvericiliyin pozulması hesab edilir və məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Görüşdə vurğulanıb ki, hazırda bu sahədə fəaliyyət göstərən, lakin müvafiq lisenziyaya malik olmayan provayderlər qısa müddətdə lisenziyalaşdırma prosedurunu başa çatdırmalıdırlar.

Həmçinin qeyd olunub ki, audiovizual məzmunu digər platforma operatorlarının infrastrukturu vasitəsilə təqdim edən provayderlər ya müstəqil şəkildə lisenziya almalı, ya da xidmətin hansı hüquqi əsasla və hansı lisenziya sahibi vasitəsilə təqdim edildiyi barədə rəsmi internet resurslarında açıq məlumat yerləşdirməlidirlər. Bu yanaşmanın istehlakçıların düzgün məlumatlandırılması və bazarda şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Sonda iştirakçılara xatırladılıb ki, lisenziya almaq üçün Audiovizual Şuraya qanunvericiliyə uyğun şəkildə müraciət edilməli və tələb olunan sənədlər təqdim olunmalıdır.

İKTA və Audiovizual Şura audiovizual media bazarında qanuni fəaliyyətin təmin edilməsi, istehlakçı hüquqlarının qorunması və rəqabət mühitinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirəcəklər.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022

Audiovizual Şura: Matəm ilə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək

25-12-2024

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025

Audiovizual Şuraya 200-ə yaxın şikayət daxil olub

26-12-2022

Televiziya proqramları ilə bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

14-02-2025

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

24-02-2026

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə