Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020 20:26
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

Xeberler.az bildirir ki, 2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50, institutun nəzdində fəaliyyət göstərən AzScienceNet elm-kompüter şəbəkəsinin yaranmasının isə 40 ili tamam olacaq.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AzScienceNet-in onlayn iclasında bu barədə məlumat verib.

İnstitutun yaranma tarixindən söz açan R.Əliquliyev qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur. 

Alim 2021-ci ildə rəhbərlik etdiyi qurumda keçiriləcək tədbirlərin institutun 50 illik yubileyinə həsr olunacağını, eləcə də yubiley tədbirinin təşkil ediləcəyini diqqətə çatdırıb: “Tədbirdə institutun yarım əsr ərzində Azərbaycan elminin və informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələr, ölkə elminin beynəlxalq aləmə inteqrasiyası, yeni nəsil ixtisaslı kadrların yetişdirilməsi, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eyni zamanda qarşıda duran vəzifələrə dair məlumatların ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.

50 illik çərçivəsində, həmçinin institutun əsas tədqiqat istiqamətlərinə uyğun, elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlər və bukletlər nəşr olunacaq.

Sonra vitse-prezident AzScienceNet şəbəkəsinin tarixi haqqında məlumat verərək bildirib ki, Respublika Hesablama Mərkəzini birləşdirən Verilənlərin ötürmə şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində yaradılmışdır. 40 ilə yaxındır ki, fəaliyyət göstərən AzScienceNet şəbəkəsi bu gün AMEA-nın institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Bu şəbəkə Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa elmi-tədqiqat və təhsil fəzasına inteqrasiyasında mühüm rol oynayır.

Akademik R.Əliquliyev sonda məsul əməkdaşlara həm institutun, həm də AzScienceNet şəbəkəsinin yubileyinin keçirilməsi ilə əlaqədar olaraq arxiv sənədlərinin araşdırılması və tədbirlər planınının hazırlanması ilə bağlı tapşırıqlar verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə