İndoneziya ölkədə “Alphabet Inc” kompaniyasına məxsus “Google Pixel” smartfonlarının satışına qadağa qoyub.
Xeberler.az məlumat verir ki, buna kompaniyanın smartfonlarda yerli komponentlərdən istifadə tələblərinə əməl etməməsi səbəb olub. Belə ki, hakimiyyət orqanları İndoneziyada satılan smartfon və planşetlərin komponentlərinin azı 40 faizinin yerli istehsal olmasını tələb edir.
Xatırladaq ki, həftənin əvvəlində Cakarta ölkəyə kifayət qədər investisiya qoyulmadığı üçün “Apple Inc” kompaniyasının ən son smartfonlarının satışını da dayandırmışdı.
İndoneziyanın hakimiyyət orqanları yerli sənayeni dəstəkləmək və idxaldan asılılığı azaltmaq siyasəti çərçivəsində xarici şirkətlərdən ölkə daxilində məhsul və xidmətlərin istifadəsi ilə bağlı qaydalara riayət olunmasını tələb edir. Bu, müxtəlif yollarla, o cümlədən investisiya yatırımı və ya yerli əhalinin işə götürülməsi yolu ilə həyata keçirilə bilər.
Ölkənin smartfon bazarı əhalinin artan sayı və gəliri nəzərə alınmaqla, istehlakçılar üçün yetərincə cəlbedicidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri