Previous Next
Bağla

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017 13:45
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar, proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə elmi tədqiqatlar aparılır.

Xeberler.az-ın məlumatına görə,  bu haqda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi 9 saylı şöbənin 2017-ci il üzrə 6 aylıq hesabatı ilə bağlı çıxışı zamanı bildirib.

T.Kazımov cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında effektivliyin artırılması üçün yeni alqoritmin işlənildiyini diqqətə çatdırıb.

O,  qeyd edib ki, insanın əl damar izləri və kəllə sümüklərinin təsvirləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi, proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi üzrə tədqiqatların aparılması da cari ildə görülmüş işlər sırasındadır. 

Proqram mühəndisliyinin nəzəri əsasları üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinə toxunan məruzəçi bildirib ki, bu məqsədlə proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi, proqram mühəndisliyi sahəsində standartların təhlili, proqram məhsullarının verifikasiya metodlarının təhlili və s. mövzular üzrə araşdırmalar aparılıb.

 T.Kazımov informasiya təhlükəsizliyinin təmin olunması problemlərinə uyğun olaraq uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması mövzusu, eləcə də uşaq və yeniyetmələrin İnternet asılılığının fərdi-psixoloji aspektlərinin tədqiqi və psixometrik analizi sahəsində işlərin davam etdirildiyini bildirib.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bu istiqamətdə ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahələrindən biri olan proqram mühəndisliyinin elmi-nəzəri, tədris və tətbiqi problemlərinin müzakirə olunduğu “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika elmi konfransının təşkilində şöbə əməkdaşlarının fəal iştirak etdiyini vurğulayıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

24-10-2016

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə