Previous Next
Bağla

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023 13:14
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar aparılacaq.

Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin 2023-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib. Şöbə müdiri Mədinə Səidova planı təqdim edərək bildirib ki, “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzularının işlənməsi də 2023-cü il üzrə fəaliyyət planına daxildir.

M.Səidova cari il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin çapı ilə bağlı nəzərdə tutulan planı diqqətə çatdırıb.

Daha sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti üzrə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib. 

Həmçinin şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin nəzdində elmi analitika xidmətinin yaradılmasının vacibliyini qeyd edib, e-elmin formalaşması və elmmetriya  problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim istinadlar şəbəkəsi əsasında elmi əsərlərin qiymətləndirilməsi, saxta jurnalların identifikasiya metodlarının analizi, e-kitabxanalarda elmi nəşrlərin qiymətləndirilməsi, eləcə də bulud əsaslı e-kitabxanaların arxitektur-texnoloji prinsiplərinin işlənilməsi üzrə tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
 İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023
Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024
İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə