Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən “İnkubasiya və innovasiya mərkəzlərinin sertifikatlaşması” proqramının birinci mərhələsinə başlanılıb.
İlkin mərhələdə ali təhsil ocaqları ilə kommunikasiyalar qurulub və orada mövcud infrastrukturun və maddi-texniki bazanın qiymətləndirilməsinə yönlənmiş müvafiq onlayn sorğu aparılıb.
Proqram çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Həmçinin onların koordinatorlarının müvafiq təhsil alması və sertifikatlaşdırılması təşkil olunacaq.
Proses ümumilikdə 4 mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə innovasiya mərkəzlərinin qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə orada çalışan koordinatorların sertifikatlaşdırılması, son mərhələdə isə mərkəzlərin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri