“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

17-11-2024 / 09:07

COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb.

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində noyabrın 16-da COP29-un Yaşıl zonasında müzakirə paneli keçirilib. BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçən panel müzakirəsində Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, ali təhsildə keyfiyyət təminatı eksperti Vonda Qrobellar, ABŞ-nin “E&O Global İnc” şirkətinin Baş icraçı direktoru Orxan Şirinzadə, Sankt-Peterburq Mədənçilik Universitetinin geologiya və ətraf mühit elmləri üzrə tədqiqatçısı Emil Qasımov iştirak ediblər. Panel zamanı "Davamlı inkişafın əhəmiyyəti", "Növbəti nəsillər üçün iqlim təhsili", "Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi", "Yaşıl logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması" kimi mövzular müzakirə olunub.

Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.

Növbəti panel müzakirələri noyabrın 17-də və 21-də Yaşıl zonada davam etdiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə