Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025 / 16:27

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda ilk dəfə genişmiqyaslı “Gənclər üçün Süni İntellekt Forumu” təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin müasir texnologiyalar, xüsusilə də süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına daha hazırlıqlı çıxışını təmin etməkdir.

Xeberler.az məlumat verir ki, bu sözləri GİKM-in Baş direktoru Azər Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

O, tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bu forum gənclər üçün ilk dəfə belə kütləvi miqyasda keçirilən bir inkişaf platformasıdır. Hazırkı dövrün tələbləri gəncləri müasir trendlərə uyğunlaşmağa, rəqəmsallaşma və süni intellekt kimi sahələrdə biliklərini artırmağa səsləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf və süni intellektin təşviqi istiqamətində mühüm strategiyalar həyata keçirilir və biz də bu təşəbbüslərə dəstək olaraq gənclərin belə bacarıqları mənimsəməsi üçün çalışırıq”.

Baş direktor bildirib ki, tədbirdə 150-dən çox gənc iştirak edir. Forumda dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə panel diskussiyalar təşkil olunub. Spikerlər süni intellektin müxtəlif sahələrdə tətbiqi, karyera imkanları və bu sahədə gələcək perspektivlər barədə məlumatlar paylaşırlar.

Azər Əliyev forumun həm maarifləndirici, həm də istiqamətləndirici xarakter daşıdığını qeyd edərək, bu cür tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə