Previous Next
Bağla

İnsan, yoxsa kompüter?

06-01-2017 10:15
İnsan, yoxsa kompüter?

1982-ci ilin dekabr ayında tanınmış Time  jurnalı fərdi kompüteri “İlin adamı” adlandırdı.

O vaxtdan etibarən kompüterlər insan həyatının bir çox sahələrini sadələşdirdi. Proqnozlara əsasən, insan gec-tez işsiz qalacaq.

Lakin  insanın bəzi bacarıqlarını hələ ki, heç bir maşın təkrarlaya bilmir. PaySpace Magazine redaksiyası orta statistik insan və adi kompüterin imkanlarını müqayisə edib.

Xeberler.az AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən həmin materialı təqdim edir.

Görmə qabiliyyəti. İnsan gözü 576 meqapikseli ayırd edə bilir ki, bu da orta statistik noutbukun kamerasından (2 meqapiksel) 300 dəfə çox deməkdir. Son model rəqəmsal kameralar isə 50 meqapikselədək təsviri qeydə ala bilir. Hazırda 3,2 qiqapiksel təsvir ölçüsünə malik rəqəmsal kamera yaradılır. Onun 2022-ci ildə görünən qalaktika və ulduzların çəkilişində istifadəsi nəzərdə tutulur.

Eşitmə qabiliyyəti. Adi insan 20-20000 hers intervalında səs dalğalarını eşidə bilir. Kompüterin mikrofonunda isə bu göstərici 100-16000 hers təşkil edir.

Səs. İnsan səsinin ən yüksək göstəricisi 122,5 desibeldir. Adi noutbukun səs gücləndiriciləri isə 80 desibel səs çıxarır.

Qoxu və dadbilmə qabiliyyəti. İnsanın ağzında şirin, acı, turş və s. kimi dadları ayırd edə bilən bir neçə min dad reseptoru vardır. Həmçinin burun 10 min müxtəlif qoxunu fərqləndirir. Kompüter isə bu kimi imkanlara malik deyil.

Toxunma. Bu kateqoriyada insanla kompüteri müqayisə etmək olduqca çətindir. Çünki insan 1 kilopaskal təzyiqə malik toxunmanı ayırd edə bilir. Kompüter isə təzyiq əvəzinə elektrik cərəyanındakı dəyişiklikləri qeydə alır.

Sürətli oxuma. Bəzi insanlar iddia edirlər ki, dəqiqədə 10 mindən çox söz oxuya bilirlər. Lakin bu, sertifikatlaşdırılmış sürətli oxuma mərkəzlərində təsdiq olunmayıb. İnsan dəqiqədə orta hesabla 1-2 min söz oxuya bilir. Bu zaman mətnin 50 faizini anlayır. Adi kompüter də eyni sürətlə oxuyur, lakin mətni anlamır. Buna baxmayaraq, kompüter mətni sözbəsöz yaddaşda saxlaya bilir.

Hafizə. Daniel Tammet yaddaşda saxlanılan rəqəmlərin sayına görə dünya rekordunu qırıb. O, 22514 işarəni təsvir edə bilib. 500 qiqabayt tutuma malik sərt disk isə 250 milyondan çox rəqəmi yaddaşda saxlaya bilir.

Oyunlar. Kompüter şahmat üzrə dünya çempionuna qalib gələ bilər, həmçinin müxtəlif yarışmalarda liderlik edə bilər. Hələ ki, Çinin “Go” oyunu əlçatmazdır.

Enerji istehlakı. Noutbuk yerinə yetirilən tapşırıqlardan asılı olaraq 20-90 vatt gücündə enerji istehlak edir. İnsan tərəfindən gündə istehlak edilən enerji (qadınlar üçün 2000, kişilər üçün 2500) 95 vatt gücə bərabərdir. Lakin bunun yalnız 20 vattı beyinin fəaliyyətinin təmin edilməsinə sərf olunur.

Enerjinin saxlanması. Noutbuk batareyası 3-10 saat enerji saxlaya bilir. İnsan qidasız 4-6 gün, susuz 2-10 gün, oksigensiz isə yalnız 5 dəqiqə yaşaya bilir.

Temperatur rejimi. İnsan özünü 36-37,2 dərəcə Selsidə yaxşı hiss edir. Kompüter isə 10-35 dərəcə Selsi temperaturda işləyə bilir.

Viruslar. İnsan 5 min müxtəlif virusa qarşı həssasdır. Kompüter isə milyonlarla zərərli proqramla mübarizə aparır.

Beləliklə, qalib gələn hələ ki, insandır.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Oyun kompüterləri çoxlu enerji sərf edir

Oyun kompüterləri çoxlu enerji sərf edir

07-09-2015
Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

11-12-2015
İnsanlar ölümə qalib gələ biləcək

İnsanlar ölümə qalib gələ biləcək

26-05-2015
Generativ süni intellekti kökündən dəyişən texnologiya hazırlanıb

Generativ süni intellekti kökündən dəyişən texnologiya hazırlanıb

29-08-2025
Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015
Daxili orqanların diaqnostikası üçün sensor

Daxili orqanların diaqnostikası üçün sensor

21-11-2016
Şirkətlər kompüter satışını sürətləndirmək üçün səylərini birləşdirib

Şirkətlər kompüter satışını sürətləndirmək üçün səylərini birləşdirib

15-10-2015
Düyü dənəsindən də kiçik kompüter

Düyü dənəsindən də kiçik kompüter

13-04-2015
Klaviatura formasında açılıb-bağlanan kompüter- Video

Klaviatura formasında açılıb-bağlanan kompüter- Video

23-04-2016
İlk kvant süni həyat yaradılıb

İlk kvant süni həyat yaradılıb

08-10-2018
Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019
İnsan dərisinə təmas etdiyi zaman fəaliyyətini dayandıran “ağıllı” mişarlar

İnsan dərisinə təmas etdiyi zaman fəaliyyətini dayandıran “ağıllı” mişarlar

01-07-2019
Azərbaycanda kompüter istehsalı kəskin artıb

Azərbaycanda kompüter istehsalı kəskin artıb

31-07-2023
Kompüter mütəxəssislərinin peşə bayramıdır

Kompüter mütəxəssislərinin peşə bayramıdır

14-02-2017
14 fevral – kompüter mütəxəssislərin günüdür

14 fevral – kompüter mütəxəssislərin günüdür

14-02-2018
Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025
Özünü yox edən kompüter virusu

Özünü yox edən kompüter virusu

08-05-2015
İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

15-11-2016
Google "barmaq kompüter" istehsal edəcək

Google "barmaq kompüter" istehsal edəcək

06-04-2015
İnsan beyni üzü necə tanıyır?

İnsan beyni üzü necə tanıyır?

05-06-2017
İnsan beyni kompüterlə birləşdiriləcək

İnsan beyni kompüterlə birləşdiriləcək

18-07-2019
Ən kiçik DV kamera

Ən kiçik DV kamera

23-06-2009
İnsan beyninin tutumu internetdəki  məlumatların həcminə bərabərdir

İnsan beyninin tutumu internetdəki məlumatların həcminə bərabərdir

25-01-2016
Su ilə işləyən ilk kompüter

Su ilə işləyən ilk kompüter

30-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə