Daxili orqanların diaqnostikası üçün sensor

21-11-2016 / 10:08

ABŞ-ın İllinoys Universitetinin alimləri yeni daşınan sensoru təqdim ediblər.

Üfüqi səthdə 25% dartılmaq imkanına malik qurğunun qalınlığı 20 mm, çəkisi 213,6 qramdır.

Xeberler.az ict.az-dakı məlumata istinadən  bildirilir ki, birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) test edilib. Məlum olub ki, qurğu ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir.

Sistem, həmçinin "insan-kompüter" interfeysinin elementi kimi sınaqdan keçirilib. Könüllü xirtdəyə yerləşdirilmiş sensorun köməyilə kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınması dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına bu göstəricini yaxşılaşdırmaq mümkündür.

Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu dron və bioprotezlərin idarəetməsi kimi analoji sistemlərdə də istifadə oluna bilər. 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə