Hong Kong elektron sərgisində tanıdılan @Han@ adlı insanabənzər robot cəmiyyətlə qarşılıqlı əlaqəyə girə bilir və hətta dialoq belə qurur.
Xəbərlər-in məlumatına görə, mobil proqram sayəsində @Han@ tək bir düymə ilə gülə bilir, göz qırpa bilir və hətta sərxoş təqlidi belə edə bilir. Üzündəki 40 ayrı motor sayəsində insan mimikalarını təqlid edə bilən robot @Hanson Robotics@ şirkəti tərəfindən istehsal olunub.
Gözlərində və sinə hissəsində olan kameralar sayəsində ətrafındakıların üzünü, cinsiyyətini ayırd edə bilir, xoşbəxt yoxsa kədərli olduqlarını anlaya bilir.
Şirkət rəsmisi Grace Copplestone insanabənzər robotu 3 ayrı bazarı hədəfləyərək çıxardıqlarını bildirib. Bunlardan həm otel kimi məkanlarda qonaqları qarşılamaq, həm əyləncə sektorunda, qumarxanaların, əyləncə parklarında insanları əyləndirmək, həm də tibbi sahəsində yaşlıların baxımına kömək etmək məqsədiylə istifadə edilməsi planlaşdırılır.
Hong Kong mərkəzli şirkət @Han@ın qadın versiyası olan @Eva@ adlı robotunu isə bu il ərzində bazara çıxarmaq istədiklərini bildirib.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri