Instagram-da paylaşımları necə yükləməli? –Yenilik

26-04-2018 / 11:48

Facebook Instagram-da bütün istifadəçilərə platformada paylaşdıqları məzmunları yükləyə bilmək imkanı verib.

Xeberler.az məlumat verir ki, artıq paylaşılan bütün fotoşəkil, video və hekayələri cihazlara yükləmək mümkündür.

Hələlik yalnız platformanın veb versiyasında istifadəyə verilən funksiyanın yaxında iOS və Android-ə də gələcəyi bildirilir.

 Bunu necə etməli?

Instagram-da paylaşılan məzmunları yükləmək üçün əvvəlcə Instagram-ın veb versiyasına (www.instagram.com) daxil olun. Bundan sonra aşağdakıları təqib edin:

-Profil səhifənizə daxil olun

- 'Profili düzənlə' düyməsinin yanındakı 'dişli simvol' düyməsinə daxil olun

- Gizlilik və Təhlükəsizlik

- “Data Download” bölməsinin altında “Yükləmə tələb et” düyməsini basın

- E-poçt ünvanınızı daxil edin və yükləyin

Bu addımlardan sonra Instagram e-poçt ünvanınıza indiyə qədər paylaşdığınız bütün foto, video və hekayələrdən ibarət olan bir fayl göndərəcək.

Instagram bütün bu işlərin tərtib edilməsi və istifadəçiyə çatdırılmasının 48 saat çəkəcəyini də vurğulayıb.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.