İnstaqramda yeni funksiya yaradılıb

19-01-2022 / 11:01

İnstaqram sosial şəbəkəsində avatarlarla bağlı yeni funksiya yaradılıb.

Xeberler.az bildirir ki, əvvəllər avatarlar yalnız platformanın bəzi istifadəçiləri üçün əlçatan idi.

Yeni funksiya “Apple” telefonlarında “memoji” kimi fərdiləşdirilmiş avatar yaratmağa imkan verir. Avatarı aktivləşdirmək və fərdiləşdirmək üçün profil bölümünə keçməli, parametrləri seçməli, akkaunta keçib "avatarlar"ı seçmək lazımdır. Bundan sonra personajın xarici görkəmini, gözlərin, saçın, paltarın rəngini seçmək tələb olunur.

Quraşdırma tamamlandıqdan sonra hekayələri yükləyərkən istifadəçi stikerlər bölməsində onu seçərək öz avatarını əlavə edə biləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə