Previous Next
Bağla

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

24-06-2023 11:24
 İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

İqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının əsas amili olan intellektual potensial təşkil edir. Alimlərin fikrincə, intellektual potensialın əsas hərəkətverici qüvvəsi elmi bilik və texnologiyanın istehsalı, yayılması və səmərəli istifadəsi olan təhsil cəmiyyətinin formalaşması ilə bağlıdır. Dünya təcrübəsi cəmiyyətin inkişafında təbii resursların, coğrafi və siyasi mühitin, iqtisadi və sosial vəziyyətin, xüsusilə də elmin və təhsilin əhəmiyyətli rol oynadığını göstərir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova “İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları” mövzusunda məruzə ilə çıxış edərək intellektual potensialın qiymətləndirilməsi sahəsində mövcud metodologiyalar haqqında ətraflı məlumat verib.

Məruzəçi qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsində “Bilik indeksinin hesablanma metodologiyası”, “Ölkənin elmi-texniki potensialının inteqral qiymətləndirilməsi metodologiyası”, “Ümumi innovasiya indeksinin hesablanma metodologiyası” , “Universitetlərin intellektual potensialının hesablanma metodikası”, “Cəmiyyətin intelektual potensialının qiymətləndirilməsi” və s. metodologiyalardan istifadə edilir.

Sonra o, Azərbaycanda intellektual potensialın qiymətləndirilməsindən söz açaraq təhsil və elm üzrə intellektual potensialın kəmiyyət qiymətləndirilməsi üçün Rutkeviç və Levaşov metodikasından istifadə edildiyini bildirib: “Bu metodikada cəmiyyətin intellektual potensialını qiymətləndirmək üçün 2 əsas subyektin (təhsil və elm sferası) göstəricisi əsas götürülür. İntellektual potensialın qiymətləndirilməsində Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi (2017-2021-ci illər) üzrə Azәrbaycan Respublikasında tәhsilin, elmin vәziyyәtini vә inkişaf sәviyyәsini әks etdirәn bir sıra göstәricilәrdən istifadə olunmuşdur”.

İntellektual potensialın qiymətləndirilməsi sahəsindəki çatışmazlıqlardan bəhs edən M.İsmayılova intellektual potensialın ölçülməsi ilə bağlı ayrı-ayrı ölkələrin və tədqiqatçıların təklif etdiyi çoxlu sayda metodikaların olmasına baxmayaraq onun qiymətləndirilməsinə dair vahid yanaşmanın olmadığını və müxtəlif üsullardan istifadə olunduğunu diqqətə çatdırıb.

Tədqiqatçı vurğulayıb ki, intellektual potensialı adekvat şəkildə təsvir etmək üçün bir çox göstəricilərə, həmçinin  onun qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi üçün intellektual potensialdan istifadə mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac var.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İntellektual potensialın qiymətləndirilməsi metodologiyası araşdırılır

28-10-2024

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016

“Verilənlərin intellektual analizi” konfransı keçiriləcək

23-06-2015

Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

03-11-2025

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Akademik Akif Əlizadə: “Ölkəmizdə informasiya cəmiyyəti müvəffəqiyyətlə qurulur”

07-10-2013

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

08-10-2024

Texnoparkların idarə olunmasının problemləri araşdırlır

19-05-2016

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

30-08-2024

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Təhsil Nazirliyinin yeni studiyası təqdim olundu

19-10-2015

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə