Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar hər yerdə davam edir. Ermənilərin internet aləmində ölkəmizə qarşı apardığı çirkin təbliğatın, təxribatların isə sayı-hesabı yoxdur.
Xeberler.az-ın Milli.az-a istinadən verdiyi məlumata görə, üzdəniraq qonşularımız indi də Google Earth proqramının köməyi ilə Azərbaycan xəritəsinə müxtəlif "dəyişikliklər" ediblər. Xüsusilə Google-da Bakının tarixi abidələrini, görməli yerlərini, qədim küçələrini göstərən şəkillərə Ermənistanın bayrağı, gerbi, kəllə və sümük plakatları vurulub, reklam tablolarına “Sumgait Genocide 1988” sözləri yazılıb, yerli maşınlara erməni nömrələri vurulub və s. Bu təxribatçı dəyişikliklər “Cadabra” adlı erməni istifadəçisi tərəfindən xüsusi proqramın köməyilə edilib.
Şəkillərin altında Azərbaycanı təhqir edən ifadələr yazılıb. Şərhlərdə azərbaycanlı istifadəçilərin etirazı da özünü göstərir. Bakı küçələrini “erməniləşdirmək” istəyənlərə isə hələ də layiqli cavab verilməyib.
Azərbaycanda internetdən başı çıxmayan gənc yoxdur. Azərbaycanlı internet istifadəçilərinin “fəallığı” belə məsələlərdə özünü göstərir. Ermənilər internet səhifələrində öz maraqlarını düşünərək hərəkət edir, hər məqamda fürsəti əldən verməyərək Azərbaycana qarşı 
oyunlarını, hətta virtual işğallarını aparırlar. Bizimkilər isə əyləncə və chat  portallarında günlərini keçirirlər. İnternet klubları gənclər və yeniyetmələrlə ağzına qədər dolur, netdən istifadə məqsədi isə birmənalıdır - əyləncə. Həmçinin bütün idarə və müəssisələr, şirkətlər internetə qoşuludur, yəni bu gün Azərbaycanda kifayət qədər internet istifadəçisi var. Amma düşmənimizlə virtual mübarizədə ya uduzuruq, ya onların bu əməllərinə məhəl qoymuruq, ya da niyəsə aciz qalırıq. Nəticədə isə kiçicik bir yalançı təxribat da hüdudsuz internet məkanında kifayət qədər əleyhimizə rol oynaya bilər.
Xatırladaq ki, şəkilləri Google Earth proqramına qeydiyyatdan keçən hər bir istifadəçi əlavə edə bilər.
Ermənilərin internetdə yerləşdirdiyi təxribatçı materiallarla baxmaq istəyənlər üçün linklər aşağıdakılardır:
http://www.panoramio.com/photo/23732092  
http://www.panoramio.com/photo/23734539 
http://www.panoramio.com/photo/23734349 
http://www.panoramio.com/photo/23730833 
http://www.panoramio.com/photo/23713702 
http://www.panoramio.com/photo/23676300
Qeyd:Yazının originalını bu linkdən oxuya bilərsiz.
Xeberler.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları