Previous Next
Bağla

İnternet məkanının gender münasibətlərinə təsiri

25-04-2011 18:58
İnternet məkanının gender münasibətlərinə təsiri

Şübhəsiz, internet məkanı gender münasibətlərinin ənənəvi sxemlərinə təsir edir.

Sosioloqların fikrincə, qlobal şəbəkədə gender stereotipləri aşağıdakı kimi ifadə olunur: qadınlar özlərini kişilərin xəyallarında yaratdıqları “ideal qadın” obrazına uyğun, kişilər isə öz növbəsində qadınların bəyəndikləri, özlərinin mənafeyinə uyğun bir tərzdə təqdim etməyə çalışırlar. Beləliklə də, internet məkanında reallıqdan çox uzaq, fantastik “avatar” obrazlar yaranır.

Qeyd edək ki, virtual həyata xüsusilə, cəmiyyətdə özlərini təsdiqləməkdə çətinlik çəkən, insanlarla ünsiyyət qurmağı bacarmayan, müəyyən psixoloji gərginliklər yaşayan, heç kimə lazım olmadıqlarını düşünən insanlar üstünlük verirlər. Psixoloqlar bu faktları nəzərə alıb, əksinə, internet məkanında tanışlığın psixoloji cəhətdən insanlara müəyyən dərəcədə müsbət təsir etdiyini söyləyirlər.

Onlar öz xəstələrinə depressiyaya düşdükdə, sosial şəbəkələrdə çoxlu sayda “dost” seçməyi məsləhət görürlər. Belə ki, şəbəkədaxili “dost” ünsiyyəti insanlara ilkin mərhələdə kömək edir, onlarda özlərinə inam və hörmət hissini aşılayır.

Lakin mütəxəssislər müəyyən vaxtdan sonra “kəmiyyətdən keyfiyyətə keçməyi” məsləhət görür və virtual həyatın ilk baxışdan cəzbedici görünən xüsusiyyətlərinə aludə olmamağa çağırırlar. Belə ki, anonimlik illüziyası və sosial şəbəkənin deniş auditoriyası arasından seçim etmək, bəzən insanların bu prosesə rasional yanaşmasına mane olur.

Ümumiyyətlə, qlobal şəbəkədə ciddi olaraq, məhəbbət axtarışına çıxanların çoxunun ümidləri adətən, boşa çıxır. Qeyd etmək istərdik ki, internet məkanı daha çox həmfikir axtarışına uyğundur. //rabite.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrdə ünsiyyət psixi problemlər yaradır?

07-03-2011

Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

28-04-2011

İnternet xəstəlikləri

28-10-2010

Elektron avadanlıqları yaddaşı zəiflədir

30-08-2010

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019

Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.

27-04-2012

İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

02-08-2017

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

09-12-2009

Facebookla bağlı aparılan araşdırmanın nəticələri...

14-10-2010

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

Komputer oyunları zəzərli deyil

22-09-2008

Facebook münasibətlərə necə təsir göstərir?

09-09-2015

Facebook boşanmalara səbəb olur

04-03-2011

Gənclər Facebook-dan səmərəli yararlana bilirmi?

18-12-2014

İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI QADIN İMKANLARININ ARTIRILMASININ VASİTƏSİ KİMİ

10-01-2009

İnternetdə nik seçərkən diqqətli olun

10-12-2010

Tabletlər qəzetləri aradan çıxara bilərmi?

21-10-2013

Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

14-04-2025

İnternetə maraq azalır?!

19-01-2009

Google üçölçülü sosial şəbəkə istifadəyə verib

11-07-2008

İş yerində Facebook

26-03-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə