ABŞ-Rusiya mütəxəssislərindən ibarət qrup tərəfindən Moskvada "HackPack-Airbnb" servisi təqdim olunub.
Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, yeni servis vasitəsilə kütləvi informasiya vasitələrində çalışan jurnalistlər bütün dünya üzrə əməkdaşlıq əlaqələri qura bilərlər. Bu platforma hadisə yerində olan ştatdankənar müxbirlərin, fotoqrafların, video operatorların redaktorlarla əlaqəsini yaradır. Servis müxtəlif mövzulara dair ekspertləri tapmağa imkan verir. Layihə hazırda eksperimental rejimdə işləyir. İlkin mərhələdə proqrama daha çox redaksiyaların və jurnalistlərin cəlb olunması planlaşdırılır.
Hələ ki, yeni xidmət işçi qrup tərəfindən maliyyələşir. Sonraki mərhələdə bu proqrama sərmayədarlar cəlb olunacaq. Hazırda bu xidmətdən Rusiya və Ukraynada istifadə olunur. Gələcəkdə layihə üzrə işlər İranda və ABŞ-da davam etdiriləcək. Qeydiyyat Facebook və Tvitter sosial şəbəkələri vasitəsilə aparılır. İşçi qrupun məlumatına görə, proqram daha da təkmilləşdirilir. Resursu HackPack.press. ünvanından əldə etmək mümkündür.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri