Previous Next
Bağla

İnternetin qaranlıq tərəfi-Darknet

14-05-2018 13:37
İnternetin qaranlıq tərəfi-Darknet

Darknet (ing. DarkNet) ilbəil daha çox diqqət cəlb edir. İnternet üzərindən narkotik maddələrin satıldığı “ İpək yolu”nun (ing. Silk Road) qurucusu Ross Ulbrixtin həbs edilməsindən sonra bu mövzu həndəsi  silsilədə daha çox məşhurlaşmağa başladı.

Xeberler.az CERT-ə istinadən bildirir ki, Darknet (Darknet) – bir-birinə etimad edən, tay-tuş adlanan iştirakçılar arasında qurulan özəl şəbəkədir.

Tanıdığımız (“tay-tuşlar şəbəkəsi”) şəbəkələrdən fərqli olaraq, IP-ünvan hər kəs üçün əlçatan olmadığına görə iştirakçıların anonimliyi təmin olunur. Darknet termini keçən əsrin 70-ci illərində yaranıb və müasir internetin prototipi olan ARPANET-dən təcrid olunmuş şəbəkələrə aid edilirdi.

Darknet-in ARPANET-dən məlumatları ala bilməsinə baxmayaraq, “qaranlıq” şəbəkələrin ünvanları xaricdən daxil olan sorğulara cavab vermədiyi üçün əks əlaqə mövcud deyildi. Bu gün bu termin geniş mənaya malikdir və senzura ilə tənzimlənməyən virtual məkanın hissələri deməkdir.

Darknet və Deep Web tez-tez dərin şəbəkə (ing. DeepWeb) anlayışı ilə qarışdırılır, lakin bu kobud səhvdir . Birinci termin ayrıca şəbəkə, ikincisi isə internetdə indekslənməmiş saytlar məcmusu deməkdir. Bu cür saytlar digər veb səhifələrlə hiperistinadlarla bağlı olmadığı üçün axtarış sistemləri onları tapa bilmir. Həmçinin robot.txt faylı vasitəsilə indeksasiyadan könüllü şəklidə imtina edərək öz resursunuzu gizlədə bilərsiniz. Bu halda həmin fayl saytın kökünə yazılmalıdır.

Darknet və  DeepWeb

Darknet-ə çıxış imkanı

Darknet və Deep Web resurslara çıxış imkanları ilə fərqlənir. İnternetin “qaranlıq” tərəfinə daxil olmaq üçün xüsusi proqram vasitələri lazımdır. Onların arasında ən məşhur olanları Tor və I2P brauzerləridir. Bu I2P şəbəkəsində bir çox güzgüsü olan Tor domen məkanında müxtəlif saytları ziyarət etməyə imkan verir. Brauzerlər sərbəst seçilən bir neçə şifrələmə təbəqəsindən – proksi server zəncirlərindən istifadə edir. Beləliklə, məlumat paketinin ardıcıl şifrələnməsi həyata keçirilir. Brauzerləri onların rəsmi saytlarında yükləmək mümkündür: torproject.org (Tor brauzeri) və geti2p.net/ru/ (I2P).  Dərin internetin (Deepweb) veb səhifələrini ziyarət etmək üçün isə qeydiyyatın lazım olduğu hallar istisna olmaqla, onun dəqiq ünvanını bilmək kifayətdir.

Messencerlər yeni Darkweb kimi

Tədqiqatlar göstərir ki, messencerlərdə istifadəçilərin sayı kimi cinayət fəallığı da 2016-cı ilin iyul ayından 30 qat artıb. Tədqiqatın əsas məlumatları qrup və şəxsi çatlara dəvətlər və keçidlər olub.

IntSights məlumatlarına əsasən kibercinayətkarlar arasında ən çox yayılan tətbiq Discort, daha sonra Telegram, Whatsapp, Skype və ICQ-dur.

 Android platformasında Tor – ORBot müştəri tətbiqinin istifadəçilərinin sayı 2014-cü ildən 2016-cı ilədək bir milyondan on milyonadək artıb. Bir çox kibercinayətkar Tor-dan istifadə etdiyi üçün messencerləri daxili şifrələmə olmadan istifadə edir. Bir çox analitik Darknet-in gələcəyinin məhz messencerlərə əsaslandığını düşünür. 

Darknet-in məqsəd və vəzifələri

Darknet şəbəkə istifadəçilərinə senzuranın olmaması və qismən anonimlik təmin edir. Onun serverlərini kriptoqrafik vasitələr qoruyur. Lakin tam anonimliyə yenə də zəmanət verilə bilməz. Bunun üçün Darknet-də davranış qaydalarına əməl olunmalıdır. Şəbəkənin “qaranlıq” tərəfində yalnız terrorçular, narkotik ticarətçiləri və manyakların olması ilə bağlı miflər bütün internetdə yayılıb. Cinayətkarların və manyakların Darknet və Deep Web-də anonimliyi asanlıqla qorunmasına baxmayaraq, bu Şəbəkənin “qaranlıq” tərəfini şər yuvası etmir. Bu fikirlər stereotiplərə aid edilə bilər.

Tor Project özünü sərbəst ünsiyyət üçün anonim məkan kimi mövqeləndirir və onun verdiyi məlumatlara əsasən Tor brauzerinin istifadəçilərinin 1.5%-i Darknet saytlarını ziyarət edir. Qalan istifadəçilər onu internetdə səhifələri təhlükəsiz ziyarət etmək üçün istifadə edir.

Buna baxmayaraq, Darknet-in ətrafında süni olaraq yaradılan gərgin mühiti nəzərə almasaq, o olduqca vədedici görünür. Əslində, Darknet dövlətlərin çıxış imkanının olmadığı, senzuradan qorxmadan fikir mübadiləsi aparmağın mümkün olduğu, yəni Ümumdünya hörümçək torunun əsl təyinatı olan bir fəzadır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İnternetdə narkoticarətin həcmi artıb”

“İnternetdə narkoticarətin həcmi artıb”

08-06-2015
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

24-12-2014
DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

14-07-2025
Satışda təhlükəli proqram təminatı aşkarlanıb

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017
Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə artıb

Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə artıb

02-02-2026
Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022
Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

12-12-2015
DTX kibercinayətkarların əməllərini ifşa edib

DTX kibercinayətkarların əməllərini ifşa edib

14-07-2025
Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

07-10-2022
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər

Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər

30-08-2023
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Kaspersky: Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

Kaspersky: Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

10-03-2021
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021
Populyar brauzerlərin müqayisəsi

Populyar brauzerlərin müqayisəsi

25-11-2015
Kaspersky: 2021-ci ildə sənaye müəssisələrinə hansı kiberhücumlar edilə bilər?

Kaspersky: 2021-ci ildə sənaye müəssisələrinə hansı kiberhücumlar edilə bilər?

09-12-2020
“İnternetdə anonimlik və şifrləmə insan hüquqlarının əsasıdır”

“İnternetdə anonimlik və şifrləmə insan hüquqlarının əsasıdır”

01-06-2015
WhatsApp-dan daha bir yenilik

WhatsApp-dan daha bir yenilik

27-02-2015
Telegramda zərərli proqram və oğurlanmış məlumatların satışı artır

Telegramda zərərli proqram və oğurlanmış məlumatların satışı artır

05-03-2026
Milli Grid sistemini yaradırlması istiqamətində işlər davam etdirilir

Milli Grid sistemini yaradırlması istiqamətində işlər davam etdirilir

17-06-2009
Facebook-dan gözlənilməz xidmət

Facebook-dan gözlənilməz xidmət

04-11-2014
VPN nədir və onu necə seçmək lazımdır?

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022
Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022

sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə