“İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı yaxın illərdə orbitə çıxarılması planlaşdırılan Azərbaycan rabitə peyklərinin məşğul olmayan güclərini satmaqda kömək etməyə hazırdır. Bunu çərşənbə axşamı “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının (BKRT) Şurasının ХХХVII və İstismar Komitəsinin 9-cu birgə sessiyasında iştirak etmək üçün Bakıda səfərdə olan BKRT-nin baş direktoru Vadim Belov bəyan edib.
“Peyk rabitəsi şəbəkələrinin yaradılmasında bizim böyük təcrübəmiz var və kosmik layihələrin hazırlanmasında öz köməyimizi əsirgəmirik. Azərbaycan peykləri olduqda biz məşğul olmayan peyk obyektlərinin satışına kömək edə bilərik”, - deyə V.Belov bildirib.
Onun sözlərinə görə, Azərbaycan peyk rabitəsi sahəsində böyük perspektivə malikdir. “Ümid edirik ki, Azərbaycanın bir və ya iki peyki tez bir zamanda orbitə çıxarılacaq və bundan sonra daha fəal birgə fəaliyyət üçün zəmin yaradılacaq ”, - “İntersputnik”-in rəhbəri qeyd edib.
V.Belov hesab edir ki, peyklərin çıxarılması perspektivli layihə olmaqla yanaşı, həmçinin bir sıra sosial məsələlərin həlli istiqamətində əhəmiyyət kəsb edə bilər. Belə ki, özünün peyki olduğu halda ölkə hər bir evi ucuz qiymətli peyk televiziyası ilə təmin edə bilər. Bundan əlavə peyk rabitəsi vasitəsilə İnternet, səsli rabitə xidmətləri təqdim etmək və peyk rabitəsini optik-lif rabitəsi olmayan yerdə tətbiq etmək mümkündür.Trend
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri