Apple şirkəti iOS mobil əməliyyat sisteminin versiyalarının yayılması ilə bağlı yeni məlumatlar açıqlayıb.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda iOS 8 platforması qurğuların 85 faizində quraşdırılıb.
Sistemin adaptasiyası üçün əvvəlki versiya - iOS 7 ilə müqayisədə uzun müddət lazım olub. Belə ki, 85 faizlik göstəriciyə nail olmaq üçün iOS 8 doqquz ay vaxt sərf edib.
Platformanın zəif yayılmasını ötən il kənar müşahidəçilər qeyd edib, bu, sonradan Apple tərəfindən təsdiqini tapıb.
Yeni sistemin zəif yayılmasına hansı amillərin təsir etməsini demək çətindir. İstifadəçilərin əksəriyyəti ilk buraxılışda çoxlu çatışmazlığın olmasını bildirir, başqalarının funksiyalar dəsti xoşuna gəlmir. Şikayətlər ən çox 5 QB boş yer tələb edən yenilənmə ölçüsü ilə bağlıdır və bütün bunlar yeni sistemin yayılma sürətinə öz təsirini göstərib.
İlk yenilənmələr buraxıldıqdan sonra vəziyyət tədricən düzəlməyə başlayıb ki, bu da iOS 8-in populyarlığını artırıb. Lakin yayılma tempinə görə platforma hələ də altıncı və yeddinci versiyalardan xeyli geri qalır. iOS 7 mobil qurğuların 13 faizində, sistemin daha əvvəlki versiyaları iPhone, iPad və iPod touch qurğularının 2 faizində quraşdırılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri