İOS platformasi üçün “Nokia Here” proqramı istifadəyə verildi

12-03-2015 / 12:21

Nokianın Offline xəritə xidməti təqdim edən "Nokia Here" proqramı uzun bir müddətdən sonra iOS platformasında istifadəyə verildi. iOS platformasında ötən il yer alsada "Nokia Here" proqramı qısa bir müddətdən  sonra mağazadan geri çəkilmişdi. Beta mərhələsində olduğu üçün vizual baxımdan və performans baxımından çox müvəffəqiyyətli ola bilməyən Nokia Here artıq yenidən App Store-dakı yerini aldı.

 

iPhone 6iPhone 6 Plus üçün optimal olan "Nokia Here" proqramının dizaynı bir xeyli gözəl görünür. "Nokia Here" xəritə xidmətinin yanında, kütləvi nəqliyyat və canlı trafik məlumatları, məkan fotoşəkilləri və qiymətləndirmələri kimi xüsusiyyətlər təqdim edir. Proqramda Offline istifadə üçün 100 ölkənin  xəritəsi yer alır. "Nokia Here" proqramını pulsuz olaraq App Store mağazasından yükləyə bilərsiniz.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə