“İqtisadi islahatlar” jurnalı “RePEc” məlumat bazasına daxil olub

07-05-2025 / 16:19

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub. 1997-ci ildən fəaliyyət göstərən “RePEc” iqtisadiyyat sahəsində aparılan tədqiqatların yayılması və elmi ictimaiyyətin bu tədqiqatlara asan çıxışının təmin edilməsi məqsədilə yaradılan dünyanın ən böyük açıq resurslarından biridir.

Xeberler.az məlumat verir ki, “RePEc” biblioqrafik məlumat bazası olaraq “IDEAS” və “EconPapers” kimi bir neçə alt- platformadan ibarətdir. Artıq “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap olunan məqalələr həm “IDEAS”, həm də “EconPapers” platformalarında oxuculara təqdim olunacaq.

“IDEAS” iqtisadiyyata həsr olunmuş məqalələrin ən böyük biblioqrafik məlumat bazalarından biridir. Belə ki, burada oxuculara “RePEc”-ə əsaslanaraq 5 milyona yaxın çox tədqiqat işi təqdim olunur. “İqtisadi islahatlar” elmi-analitik jurnalının bu platformaya inteqrasiyası jurnalda çap edilən məqalələrin daha çox oxucuya çatmasına və istinad sayının artmasına xidmət edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə