Previous Next
Bağla

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026 11:31
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, bu barədə İRİA-dan bildirilib.

Əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mastercard” şirkətinin rəhbər heyəti ilə görüş zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin reallaşdırılmasına xidmət edir. R. Həsənov, həmçinin qeyd edib ki, “Mastercard”la kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcəkdir: “Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaqdır. Ortaq layihələrimizə “Mastercard” şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq ”.

“Mastercard” ilə əməkdaşlıq çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmləri həyata keçiriləcək. Bu çərçivədə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxışının təmin olunması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması təmin olunacaq. Eyni zamanda, startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün geniş imkanlar yaradılacaq.

Bununla yanaşı, Memorandum çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının reallaşdırılması nəzərdə tutulur. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi, aktual mövzuların müzakirəsi və xarici dövlətlərlə müvafiq sahə üzrə əməkdaşlıq məqsədini daşıyacaq.

Kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının yetişdirilməsi də əməkdaşlığın mühüm istiqamətini əhatə edəcək. Belə ki, insan kapitalının inkişafı çərçivəsində təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens üzrə təhsil və mentorluq proqramları həyata keçiriləcək.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeləndirilməsi, eləcə də daha geniş MDB regionunda dayanıqlılığın gücləndirilməsi, bacarıqların inkişafı, institutlararası əməkdaşlığın və məhsul və xidmətlərin ixrac potensialının təşviqinə yönəlmiş strukturlaşdırılmış regional proqramların həyata keçirilməsi nəzərdə tutulur.

“Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: “Azərbaycan rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdəndir. Zənnimcə, bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaqdır”.

Qeyd edək ki, “Mastercard” 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. “Mastercard” hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu imzalanıb

11-02-2026

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

Texnologiya Universiteti ilə İRİA əməkdaşlığa start verir

21-05-2025

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

29-10-2024

İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

09-02-2026

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə