Previous Next
Bağla

Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

09-09-2022 12:11
Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Türkiyənin Qlobal Academiyası və Aksaray Universitetinin təşkilatçılığı ilə Makedoniyanın Tevova şəhərində keçirilən sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları üzrə 3-cü Beynəlxalq Konqresdə iştirak edib.

Xeberler.az bildirir ki, alim tədbirdə “Radioaktiv tədbirlərin formalaşmasında meteoroloji və coğrafi xüsusiyyətlərin rolu” mövzusunda məruzə ilə çıxış edib.

O bildirib ki, dünyada artan təhlükəli nüvə obyektləri və onların tullantıları bu obyektlərin yerləşdiyi dövlətlərin əhalisi üçün real təhlükə yaradır. Radioaktiv çirklənmələri və ya tullantıları modelləşdirərkən tədqiq olunan ərazinin iqlim və coğrafi modellərini, eləcə də tullantıların qonşu ərazilərə və ölkələrə hopa bilən çöküntülərini nəzərə almaq vacibdir.

Radioaktiv maddələrin (RM) və digər ionlaşdırıcı şüalanma mənbələrinin mümkün partlayışı zamanı yaranan radioaktiv tullantılara nəzarət etmək üçün radiasiya təhlükəsizliyi xidmətinin hazırlanması lazımdır. Bu xidmət radiasiya monitorinqini həyata keçirəcək , yəni - radiasiya təhlükəsizliyi standartlarına (RTS) və sağlamlıq qaydalarına riayət olunmasına nəzarət edəcək.

Hava kütlələrinin transsərhəd yerdəyişməsi zamanı qonşu ərazilərə düşən RM qlobal xarakter daşıyır, çünki çox uzaq məsafələrdə dəyişə bilər. Radioaktiv tullantıların davamlı aşkarlanması üçün məsafədən zondlama vasitələrindən istifadə mütləqdir. Bu yanaşma bütün dünyada ətraf mühiti operativ şəkildə izləməyə imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025

Rusiya radioaktiv suyun süzülməsi üçün yeni texnologiya hazırlayıb

12-07-2023

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

İranla sərhəd ərazilərdə radiasiya artmayıb - BİRGƏ MƏLUMAT

24-06-2025

Şərqşünas alim “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib

25-10-2024

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

02-10-2023

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022

Şərqşünas alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib

30-05-2022

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

Yeni texnologiya tullantıları buxarlandıracaq

02-08-2019

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

Şərqşünas alim qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsini məruzə edib

02-05-2025

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

ABŞ-da qəpik ölçüsündə nüvə batareyası yaradılıb

10-10-2009

Azərkosmos və AMEA -nın birgə görüşü keçirilib.

26-07-2018

Azərbaycanda ayın səthini tədqiq etmək üçün xüsusi detektorlar hazırlanır

11-07-2023

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının onlayn iclası keçirilib

21-07-2022

“GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları araşdırılır

13-07-2022

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

19-04-2024

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

25-06-2023

Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq konfransda iştirak edib

30-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə