Previous Next
Bağla

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

02-10-2023 12:29
İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri institutun baş direktoru akademik Akif Əlizadə açaraq gündəlikdə duran məsələlərlə Şura üzlərini tanış edib.

İnstitutdan Xeberler.az-a bildirilib ki, gündəliyin təsdiqindən sonra “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” elmi işi çərçivəsində aparılan tədqiqatlar təqdim olunub. Bununla bağlı AMEA-nın müxbir üzvü Çingiz Əliyev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Monitorinq sektorunun müdiri Yusif Əhədi hesabat formatında məruzə ediblər. Bildirilib ki, işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Şuşa şəhərində açıq qaynaqlardan əldə edilmiş peyk görüntüləri əsasında radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin, eləcə də “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili üçün Landsat 7, 8 və Sentinel-2A, 2B peyklərinin fərqli tarixlərə aid kosmik şəkilləri əldə olunaraq tədqiq edilib. Avropa Kosmik Agentliyinin (ESA) bu peykləri görünən diapazonlarda 10 və 60 metr, yaxın infraqırmızı və qısa dalğalı infraqırmızı diapazonlarda elektro-optik multispektral sensorla təchiz olunub. Bu peyklər vasitəsilə 13 spektral kanal, bitki örtüyünün vəziyyətindəki fərqləri, o cümlədən müvəqqəti dəyişiklikləri tədqiq etmək mümkün olub. Layihədə iki peykin mövcudluğu ekvatorda hər 5 gündə, orta enliklərdə isə 2-3 gündə təkrar tədqiqat aparmağa imkan verir.

Təqdimat zamanı 11 spektral kanala sahib Landsat-8 peykinin imkanları vasitəsilə araşdırmaların nəticələri barədə də məlumat verilib və suallar cavablandırılıb.

İclasda “1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi. II hissə (1981-2020)” elmi-tədqiqat işi çərçivəsində yerinə yetirilən işlər, Milli Məlumat Mərkəzində yerinə yetirilən işlərin gedişatı, AMEA magistraturasının təhsil sistemində baş vermiş dəyişikliklər, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənc alim və tələbələrin “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda keçiriləcək IX ənənəvi beynəlxalq elmi konfransına hazırlığın gedişatı haqqında da məlumat verib.

Elmi şuranın iclasında, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

17-07-2013
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

İRİA: İşğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

12-06-2025
Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023
AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
“Ağıllı kənd”də ilk iclas keçirildi

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012
“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021
Respublikada olan astronomik cihazlar modernləşdirilir

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Elmi Şuranın 6-cı iclası keçiriləcək

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə