Previous Next
Bağla

İş yerindəki bədbəxt hadisələrlə bağlı elektron xidmət istifadəyə verildi

25-08-2016 11:00
İş yerindəki bədbəxt hadisələrlə bağlı elektron xidmət istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni elektron məlumat sistemini istifadəyə verib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, xidmət istehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsini nəzərdə tutur.

Qanunvericiliyə əsasən, hər bir işəgötürən is yerində baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq dərhal ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Daxil olan məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə Xidmətdə komissiya yaradılır, təhqiqatı aparılır.

“Elektron hökumət” portalı üzərindən təqdim olunan yeni xidmət istehsalatda baş verən bədbəxt hadisələr barədə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.

Yeni elektron xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.azinternet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistemdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur.

İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair Bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır. Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021

DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

02-01-2026

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

“E-bülleten” sisteminə keçidin faydaları

24-06-2025

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Azercell bədbəxt hadisə ilə bağlı açıqlama yaydı

29-03-2018

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

"Bu il bütün icbari sığortalar elektron müqaviləyə keçiriləcək"

02-05-2023

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə